Altay Bayındır

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Altay Bayındır
türk. Altay Bayındır
Ümumi məlumatlar
Doğum tarixi 14 aprel 1998(1998-04-14)[1] (26 yaş)
Vətəndaşlığı
Boyu 1,98
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altay Bayındır (14 aprel 1998[1]) — Türkiyəli milli futbolçu. Mançester Yunayted FK futbol klubunun qapıçısıdır.

Klub Karyerası

Altay Super Liqadakı ilk matçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır.

8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı.[2] Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununa 19 avqust 2019-cu il tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən matçda çıxmışdır.

3 oktyabr 2020-ci ildə Super Liqanın 4-cü həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qaytardı, oyun Fənərbaxçanın 2–1 qələbəsi ilə sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora 2–0 hesabı ilə qalib gəldiyi matçda Radosław Murawski-nin bir penalti zərbəsini qaytardı. Sərdar Əziz meydandan qovulduqdan sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı ümumilikdə 7 qurtarış etdi. 1 sentyabr 2023-cü ildən Mançester Yunayted klubunda çıxış edir.

Beynəlxalq Karyera

Gənclik

Altay, 2018-ci il Toulon Turnirində Türkiyə U-20-lərini təmsil etdi.

Türkiyə A milli

Altay, 9 noyabr 2020-ci il tarixində MacarıstanRusiyaya qarşı UEFA Millətlər Liqası qarşılaşmaları üçün Şənol Günəş tərəfindən A milli-yə çağırıldı. Altay, ilk milli maçına 27 may 2021-ci ildə TürkiyəAzərbaycan arasında 2–1 bitən yoldaşlıq oyununda çıxmışdır.

Karyera Statistikaları

17 fevral 2021 tarixindən etibarən

Klub Sezon Liqa Kubok Avropa Ümumi
Maç Qol Maç Qol Maç Qol Maç Qol
MKE Ankaragücü
2015–16 1 0 0 0 0 0 1 0
2016–17 2 0 0 0 0 0 2 0
2017–18 7 0 1 0 0 0 8 0
2018–19 17 0 2 0 0 0 19 0
Ümumi 27 0 3 0 0 0 30 0
Fənərbaxça
2019–20 32 0 3 0 0 0 35 0
2020–21 23 0 1 0 0 0 12 0
Ümumi 43 0 4 0 0 0 47 0
Umumi karyera 70 0 7 0 0 0 77 0

İstinadlar

  1. 1 2 Altay Bayindir // Transfermarkt (çd.). 2000.
  2. "Altay Bayındır renklerimize bağlandı". 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.

Xarici Keçidlər