Altay Bayındır (14 aprel 1998[1]) — Türkiyəli milli futbolçu. Fənərbaxça PFK futbol klubunun qapıçısıdır.
Altay Bayındır | |
---|---|
türk. Altay Bayındır | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1998[1] (25 yaş) |
Vətəndaşlığı | |
Boyu | 1,98 |
Vikianbarda əlaqəli mediafayllar |
Altay Super Liqadakı ilk maçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır.
8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı.[2] Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununu 19 avqust 2019 tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən maçda çıxmışdır.
3 oktyabr 2020-ci ildə Super Liqanın 4. həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qurtardı, oyun Fənərbaxça üçün 2–1 sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora qarşı 2–0 qazandığı maçda Radosław Murawski-nin bir penalti zərbəsini qurtardı. Sərdar Əzizin çıxışından sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı cəmi 7 qurtarış etdi.
Altay, 2018-ci il Toulon Turnirində Türkiyə U-20-lərini təmsil etdi.
Altay, 9 noyabr 2020-ci il tarixində Macarıstan və Rusiyaya qarşı UEFA Millətlər Liqası qarşılaşmaları üçün Şənol Günəş tərəfindən A milli-yə çağırıldı. Altay, ilk milli maçına 27 may 2021-ci ildə Türkiyə və Azərbaycan arasında 2–1 bitən yoldaşlıq oyununda çıxmışdır.
17 fevral 2021 tarixindən etibarən
Klub | Sezon | Liqa | Kubok | Avropa | Ümumi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Maç | Qol | Maç | Qol | Maç | Qol | Maç | Qol | |||
MKE Ankaragücü | ||||||||||
2015–16 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | ||
2016–17 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | ||
2017–18 | 7 | 0 | 1 | 0 | 0 | 0 | 8 | 0 | ||
2018–19 | 17 | 0 | 2 | 0 | 0 | 0 | 19 | 0 | ||
Ümumi | 27 | 0 | 3 | 0 | 0 | 0 | 30 | 0 | ||
Fənərbaxça | ||||||||||
2019–20 | 32 | 0 | 3 | 0 | 0 | 0 | 35 | 0 | ||
2020–21 | 23 | 0 | 1 | 0 | 0 | 0 | 12 | 0 | ||
Ümumi | 43 | 0 | 4 | 0 | 0 | 0 | 47 | 0 | ||
Umumi karyera | 70 | 0 | 7 | 0 | 0 | 0 | 77 | 0 |