Amed İK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amed İK
Loqonun şəkli
Klubun tam adı Amed İdman Fəaliyyətlər Klubu
Ölkə Türkiyə Türkiyə
Rəng(lər)             
yaşıl-qırmızı-
Yaranma tarixi 1972
Stadionu Yeni Diyarbəkir Stadionu
Diyarbəkir, Türkiyə
Tutumu 33.000
Prezidenti Türkiyə Aziz Elaldı
Baş məşqçisi Türkiyə Mesut Bakkal
Liqa 2-ci Liqa, Ağ qrup
2022-2023 4.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amed İK — Türkiyənin 2-ci divizyonunda çıxış edən Türk futbol klubu.

Tarixi

1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.[1] 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.

2012–2013 mövsümündə 1-ci qrupu lider bitirərək 3-cü divizyona çıxmışdır. 19 may 2013-cü ildə klubun rənglərinin qırmızı-yaşıl olması qərara alınmışdır.[2]

28 oktyabr 2014-cü ildə keçirilən iclasda klubun adı kürd mənşəli söz olan "Amedspor" ("Amed" kürd dilində Diyarbəkir deməkdir)[3] ilə əvəzlənmiş, rəngləri sarı-qırmızı-yaşıl olmuşdur.[4] Klub yeni adı ilə ilk oyununa 30 oktyabrda Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Alanyaspor" qarşısında çıxmış və 3:2 qalib gəlmişdir.[5]

Lakin 7 iyul 2015-ci ildə Türkiyə Futbol Federasiyası (TFF) bu ad dəyişikliyini qəbul etməmişdir.[6] Əvəzində, 12 avqust 2015-ci ildə TFF keçirdiyi iclasda klubun adının "Amed İFK" (türk dilində: "Amed SFK") etməsinə icazə vermişdir. Klubun və yəni loqosunun rəngləri yaşıl-qırmızı- olmuşdur.[7][8]

Liqalarda

  • 2-ci Liga: 13 mövsüm
    • 2007–2010, 2013-h.h.
  • 3-cü Liga: 16 mövsüm
    • 1994–2007, 2010–2013
  • Türkiyə Həvəskarlar Liqası: 22
    • 1972–1994

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  2. "Arxivlənmiş surət". 2014-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  3. "Arxivlənmiş surət". 2017-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  4. "Arxivlənmiş surət". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  5. "Arxivlənmiş surət". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  6. "Arxivlənmiş surət". 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-07.
  7. "Arxivlənmiş surət". 2015-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.
  8. "Arxivlənmiş surət". 2015-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.

Xarici keçidlər