Amed İK — 1-ci Liqada mübarizə aparan Türkiyə futbol klubu.
Amed İK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Amed İdman Fəaliyyətlər Klubu | |||
Ölkə | Türkiyə | |||
Rəng(lər) |
yaşıl-qırmızı-ağ |
|||
Yaranma tarixi | 1972 | |||
Stadionu |
Yeni Diyarbəkir Stadionu Diyarbəkir, Türkiyə |
|||
Tutumu | 33.000 | |||
Prezidenti | Aziz Əlaldı | |||
Baş məşqçisi | Ərsun Yanal | |||
Liqa | 2-ci Liqa, Ağ qrup | |||
2023-2024 | 1. (Çempion) | |||
| ||||
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.[1] 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
2012–2013 mövsümündə 1-ci qrupu lider bitirərək 3-cü divizyona çıxmışdır. 19 may 2013-cü ildə klubun rənglərinin qırmızı-yaşıl olması qərara alınmışdır.[2]
28 oktyabr 2014-cü ildə keçirilən iclasda klubun adı kürd mənşəli söz olan "Amedspor" ("Amed" kürd dilində Diyarbəkir deməkdir)[3] ilə əvəzlənmiş, rəngləri sarı-qırmızı-yaşıl olmuşdur.[4] Klub yeni adı ilə ilk oyununa 30 oktyabrda Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Alanyaspor" qarşısında çıxmış və 3:2 qalib gəlmişdir.[5]
Lakin 7 iyul 2015-ci ildə Türkiyə Futbol Federasiyası (TFF) bu ad dəyişikliyini qəbul etməmişdir.[6] Əvəzində, 12 avqust 2015-ci ildə TFF keçirdiyi iclasda klubun adının "Amed İFK" (türk dilində: "Amed SFK") etməsinə icazə vermişdir. Klubun və yəni loqosunun rəngləri yaşıl-qırmızı-ağ olmuşdur.[7][8]