Amerikalılar serialının personajlarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

FX kanalında yayımlanan Amerikalılar serialının personajlarının siyahısı.

Əsas rollarda

Elizabet Cenninqs

Keri Rassell tərəfindən canlandırılır. Elizabet (əsl adı Nadejda) DTK agentidir. Flip Cenninqsin həyat yoldaşı, Peyc və Henrinin anasıdır. Fliplə müqayisədə KQB-yə və Rusiyaya daha sədaqətlidir. Flip FTB-dən pul və toxunulmazlıq almaq barədə düşündükdə ona qarşı çıxır. İlk təlim illərində Nikolay Timoşev tərəfindən təcavüzə uğramışdı. Fliplə evli olsa da, evliliyin ilk illərində Qriqori Tomasla da əlaqəsi olmuşdu. Bu dövrlərdə aralarında sevgi olmasa da, sonrakı illər Flipə qarşı sevgi hisləri bəsləməyə başlayır.

Flip Cenninqs

Metyu Ris tərəfindən canlandırılır. Flip (əsl adı Mişa) də DTK agentidir. Elizabetin Cenninqsin həyat yoldaşı, Peyc və Henrinin atasıdır. Stan Bimanın dostudur.

Peyc Cenninqs

Holli Teylor tərəfindən canlandırılır. Peyc, Flip və Elizabetin qızıdır. Elizabetlə münasibətində problem olsa da, atası Fliplə münasibəti daha asandır.

Henri Cenninqs

Keydriç Sellati tərəfindən canlandırılır. Henri Flip və Elizabetin oğludur.

Stan Biman

Kris Amador

Maksimiliano Hernandez tərəfindən canlandırılır. Kris Amador Stan Bimanın ortağı və dostudur. Vietnam müharibəsində xidmət edib.

Frenk Qaad

Riçard Tomas tərəfindən canlandırılır. Frenk Qaad FTB nəzarətçisi və Stanın müdiridir.