Amerikalılar (ing. The Americans) — Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq ideya müəllifi və rejisoru olduğu ABŞ teleserialı.[3] Serial dram janrındadır. Serialın premiyerası 30 yanvar, 2013-cü ildə ABŞ-nin FX kanalında olmuşdu və 3-cü mövsümü 22 aprel, 2015-ci ildə tamamlanmışdı.
Amerikalılar | |
---|---|
ing. The Americans | |
Janr | Dram filmi |
İlk baxış tarixləri | 5 fevral 2014[2] |
Rejissor |
Co Uayzberq Coel Filds Qrem Yost Qavin O'Konnor Tomas Şlamme Castin Falvey Derril Frank |
Yaradıcısı | Co Uayzberq |
Rollarda | |
İstehsalçı ölkə | ABŞ |
İl | 2013 |
Dil | İngilis dili, Rus dili |
İlk çıxış tarixi | 30 yanvar, 2013 |
Növü | Teleserial |
Rəng | Rəngli |
Mövsüm sayı | 6 |
Seriya sayı | 75 |
Seriya vaxtı |
42-50 dəqiqə 69 dəqiqə (Pilot)[1] |
Davametmə müddəti | 30 yanvar, 2013 - indiyədək |
Telekanal | FX |
IMDb | ID2149175 |
fxnetworks.com/theameric… | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialın mövzusu 1980-ci illərin əvvəllərində - Soyuq Müharibə dövründə Vaşinqtonda evli amerikalı ailə maskası altında gizlənən iki SSRİ Dövlət Təhlükəsizlik Komitəsi agenti - Elizabet və Flip Cenninqs, onların sirlərindən xəbərsiz Peyc və Henri və qonşuları olan FTB əks-kəşfiyyat agenti Stan Biman haqqındadır.[4]
31 mart, 2013-cü ildə FX kanalı serialın 13 seriyadan ibarət 4-cü mövsümünün çəkildiyini elan etdi. Bu mövsümün premiyerası 16 mart 2016-cı ildə olacaq.[5][6]
Amerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb.[3] Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb.[7] Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir.[8] "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübarizə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." [9] Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.[9]
—Co Uayzberq, Amerikalılar-ın yaradıcısı və serialdan məsul şəxs[8]
MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə,[10] real həyat hadisələrinə əsaslanmasına [10] və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib.[11] Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi.[11] O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı.[11] MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."[12]
Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu.[7] Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"[7]
An Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur.[13] Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.[14] II mövsümün çəkilişlərinə 2013-cü ilin oktyabr ayında[10], III mövsümün çəkilişləri 2014-cü ilin oktyabr ayında[15] başlanılmışdı.
Uayzberqin öz dediyinə görə, kastinqlər başlamadan əvvəl serialın ulduzunun kim olacağı haqqında heç birfikri yox idi.[16] FX-in rəhbəri Con Landqraf Keri Rasselin serialda rol təklif etmək haqqında düşünürdü.[16] DreamWorks şirkətinin kastinq müdiri Lesli Feldman Metyu Risin oyununu görmüş və onu Uayzberqə tövsiyə etmişdi.[16] Rassel və Ris bir necə il əvvəl qonaqlıqda tanış olsalar da bir-birlərini yaxşı tanımırdılar.[17] Onları seriala cəlb edən rollarının bir-birilə olan əlaqəsi idi. Ris deyir :"Bir çox çətin riskə girərək həyatlarını inanılmaz qədər qəribə yaşayan iki insan var, evlilikləri təmamilə yalandır və ilk seriyanın sonunda onlar sanki bir-birlərini yenidən tanıyırlar."[17]
Rassel pilot mətnini "maraqlı" olaraq xarakterizə edərək deyir: "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heçnə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var."[18] Ris öz rolu barədə deyir : "Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır."[18] Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm."[19] Yaxın dostu olan ilk seriyanın rejisoru Qavin O'Konnor onu rola daha diqqətlə nəzər salması üçün razı saldı.[19] Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."[19]
Birinci mövsüm bitdikdən sonra Sandra Biman, Nina və Marta Hanson rollarını ifa edən Suzan Misner, Annet Mahendru və Alison Rayt serialın ikinci mövsümün başlanğıcından əsas heyətinə daxil edildi.[20][21] İlk iki mövsüm bitdikdən sonra isə Arkadi İvanoviç Zotov rolunu ifa edən Lev Qorn üçüncü mövsümün əsas heyətinə qoşuldu.[22]
Serial Nyu-York şəhərinin[23] Bruklin bölgəsində yerləşən Eastern Effects Studios-da çəkilir.[24] Bundan başqa Mamaronek,[25] Koni Aylend küçəsi,[26] Kyu Qardnz,[27] Morninqsayd Heyts,[28] və Farminqdeyldə[29] də çəkilişlər aparılır.
Rus personajların soyadları tam açıq şəkildə ifadə olunmur. Sovet səfirliyində çəkilən səhnələrdə personajlar bir-birinə səmimi və hörtmətlə xitab edirlər, lakin soyadlardan istifadə etmirlər. Əsasən İvanoviç, Serqeyevna kimi istifadə edirlər.
Aktyorun (aktrisanın) adı | Personajın adı | Qeyd |
---|---|---|
Keri Rassell | Elizabet Cenninqs | DTK agenti |
Metyu Ris | Flip Cenninqs | DTK agenti |
Holli Teylor | Peyc Cenninqs | Flip və Elizabetin qızı |
Keydriç Sellati | Henri Cenninqs | Flip və Elizabetin oğlu |
Noa Emmeriç | Stan Biman | FTB agenti |
Maksimiliano Hernandez | Kris Amador | FTB agenti |
Suzan Misner | Sandra Biman | Stanın həyat yoldaşı |
Annet Mahendru | Nina Serqeyevna Krilova | Sovet səfirliyinin işçisi |
Riçard Tomas | Frenk Qaad | FTB nəzarətçisi |
Alison Rayt | Marta Hanson | Qaadın katibəsi |
Lev Qorn | Arkadi İvanoviç Zotov | Sovet səfirliyində rezident |
Kosta Ronin | Oleq İqoreviç Burov | Sovet səfirliyində elm və texnologiya mütəxəssisi |
Aktyorun (aktrisanın) adı | Personajın adı | Qeyd |
---|---|---|
Marqo Martindeyl | Klaudiya | Cenninqslərin DTK nəzarətçisi |
Danyel Flaerti | Metyu Biman | Stanın oğlu |
Piter Von Berq | Vasili Nikolayeviç | Sovet səfirliyinin keçmiş rezident |
Derek Lyuk | Qriqori | DTK-ya işləyən köhnə qaradərili hüquq müdafiəsi hərəkatçısı və Elizabetin keçmiş sevgilisi |
Ren Şmidt | Keyt | Cenninqslərin yeni DTK nəzarətçisi |
Kelli OKoyn | Pastor (Keşiş) Tim | Peyc Cenninqsin üzv olduğu kilsənin rəhbəri |
Frenk Lancella | Qabriel | Cenninqslərin keçmiş DTK nəzarətçisi |
Mövsüm | Seriyaların sayı | Yayım tarixi | ||
---|---|---|---|---|
İlk yayım | Sonuncu yayım | |||
1 | 13 | 30 yanvar 2013 | 1 may 2013 | |
2 | 13 | 26 fevral 2014 | 21 may 2014 | |
3 | 13 | 28 yanvar 2015 | 22 aprel 2015 | |
4 | 13[30] | 16 mart 2016[6] | 8 iyun 2016[31] |
Ümumi sujeti şəxsiyyətlərini uşaqları və ətrafdakılardan gizlədərək Elizabet və Flip Cenninqs adlı amerikalı cütlük roluna bürünən KQB-nin 1-ci Baş İdarəsinin agenti Nadejda və Mişanın Ronald Reyqan-nın ABŞ prezidenti seçilməsindən qısa bir müddət sonra gizli kəşfiyyat əməliyyatları aparması təşkil edir.
1-ci mövsümdə Stan Biman rezidenturada işləyən Nina Krilovanı amerikalı cəsusa çevirir. Biman öz dostunun qətlində şübhəli bildiyi gənc və təcrübəsiz DTK agenti Vladı öldürdükdən sonra Nina rezidenturada cəsusluğunu etiraf edərək üçlü agentə çevrilir. Mövsüm sonunda Nina Elizabetin tutulması üçün hazırlanan əməliyyatı puça çıxarır, lakin Elizabet ağır yaralanır.
2-ci mövsümdə Cenninqslər ABŞ-nin yeni gizli təyyarə hazırlanması cəhdi haqqında məlumat toplamağa çalışırlar. Həmçinin 1-ci Baş İdarənin öldürülən iki əməkdaşının qətlini də araşdırırlar. Cinayətdən məsul olduğunu düşündükləri hərbi donanma kapitanı olan Larriki şantaj edərək ondan Nikaraqua Kantralarının təlim-məşq məəntəqəsinə girmələri üçün şərait yaratmasını tələb edirlər. Mövsümün sonunda Lienn və Emmetin oğlu Cared onların DTK-ya işlədiyini öyrənərək onları öldürür. Bundan sonra onlar Klaudiya ilə görüşürlər. Klaudiya onlara qızları Peycin "İkinci nəsil qanunsuzlar" proqramına seçildiyini açıqlayır. Beləcə o, problemsiz olaraq FTB və MKİ-də işə düzələ bilər.
3-cü mövsümdə Cenninqslər öz sirlərini Peycə açıqlamağın stresini yaşayırlar.