Ana sözü (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"Ana sözü" qəzeti
qaq. Ana Sözü
Baş redaktor Todur Zanet (1999-cu ildən)
Yaranma tarixi 14 avqust 1988
Dil Qaqauz dili
Ünvan RM-2028, Moldova, Kişinyov, c/p № 1025
Ölkə
anasozu.com

"Ana sözü" (qaq. Ana Sözü) — Moldovada qaqauz dilində nəşr olunan ilk qəzet.

Tarixi

İlk qaqauz qəzeti olan "Ana sözü" Todur Zanetin əməyi sayəsində işıq üzü görmüşdür.[1] Qəzetin ilk nömrəsi 14 avqust 1988-ci ildə çap olunmuşdur.[2] Bundan sonra Todur Zanet 1988-1994-cü illərdə bu qəzeti çıxarmışdır.[3] O, 1999-cu ildən bu günədək qəzetin baş redaktorudur.[1][3]

Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımlar atılarkən, əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verilib, 1993-cu ilin sentyabr ayının 25-dən etibarən isə qəzet bütünlüklə latın qrafikasında çıxarmağa başlamışdır.[3]

Yubiley nömrələri

  • 500 - 1997-ci il[4]
  • 600 - 29.03.2014[5]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax