Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi[1]
Todur Zanet | |
---|---|
qaq. Todur Zanet | |
Doğum tarixi | 14 iyun 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | qaqauz |
Təhsili |
|
Fəaliyyəti | şair, jurnalist, siyasətçi, tərcüməçi, nasir, dramaturq, publisist |
Əsərlərinin dili | Qaqauz dili |
Janrlar | şeir, povest[d], teatr pyesi |
İlk əsəri | "Mali" |
Üzvlüyü | |
Mükafatları |
14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur.[1]
1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur.[2]
1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır.
Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür.[1] Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır.[2] 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır.[2] 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş") jurnalının baş redaktorudur.[1][2]
1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.[2]
Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımları ataraq əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verib, 1993-cü ilin sentyabr ayının 25-dən etibarən qəzetini bütünlüklə latın qrafikasında çıxarmağa başladı.[2]
1991–1993-cü illərdə Todur Zanet Kişinyov İncəsənət İnstitutunda qaqauz aktyorlarına qaqauz dilində dərs deyib.[2] Həmin illərdə Jan Rassinin "Bəyazid" mənzum pyesini, E. Georgitanın "İki gəlinli qaynana", M. Baciyevin "Şənbə axşamı" əsərlərini qaqauz dilinə tərcümə edib.[2] Bu pyeslər onun tələbələri tərəfindən tamaşaya qoyulub.[2]
Todur Zanet eyni zamanda Qaqauz Milli Himninin müəllifidir.[1] Onun yazdığı Himn Qaqauz Xalq Konqresi tərəfindən 22 iyul 1990-cı ildə Qaqauz Respublikasının himni olaraq 411 səslə qəbul edilmişdir.[2]
Şairin nəşr olunan şeir kitabları onu çağdaş qaqauz ədəbiyyatının ən məşhur simalarından biri kimi tanıtmışdır.[2] O, "Mali" adlı ilk şeirini 1977-ci ildə yazmışdır.[2] Onun "Gun aydın, evim!" (1989, 1990), "Qarışqalıq" (1989), "Axardı batıya gunəş" (1993), "Qıcırdayar qafamın çarxları" (1993), "Axar ulduz" (1998) kitabları oxucular arasında çox populyardır.[2] Uşaqlar üçün qələmə aldığı "Bocəcik" (1991) kitabı isə Moldova Təhsil və Elm Nazirliyi tərəfindən uşaq bağçaları və ibtidai siniflər üçün vəsait olaraq qəbul edilmişdir.[2]
Todur Zanetin bədii yaradıcılığı, xususilə poeziyası zəngin və çoxşaxəlidir.[2] Mövzu baxımından onun şeirlərini iki əsas qrupda toplamaq mümkündür:[2]
İlk qrupa daxil olan əsərlərində şair doğma xalqının şərəfli və keşməkeşli tarixini, onun yaşadığı faciə və fəlakətləri, xoşbəxt həyat və azadlıq uğrunda mübarizəsini, verdiyi qurbanları vətəndaş qeyrəti və yanğısı ilə təsvir edir, qaqauzların gələcəyi, dili, mədəniyyəti ilə bağlı düşüncə, əndişə və arzularını dilə gətirir, hamını birliyə, həmrəyliyə səsləyir.[2] Bu baxımdan onun "Qaqauzluq yox olmaz!", "Bozqurd haqqında nəğmələr", "Kiminmiş bu torpaq", "Yaşa, xalqım", "Ana dilim", "Ayrılma dilindən, xalqım", "Mən bilirəm" və s. şeirləri diqqəti xususilə cəlb edir.[2]
Todur Zanetin poeziyasına xas olan bir cəhət də ondan ibarətdir ki, o, qafiyədən az istifadə edir, cinas işlətmir.[3] Bu, bir tərəfdən çağdaş qaqauz poeziyasının inkişaf meyilləri ilə əlaqədardırsa, digər tərəfdən onun Avropa və türk şeiri ilə bağlılığının məhsuludur.[3]
Todur Zanetin bir çox şeirinə musiqi bəstələnib.[2] Onların əksəriyyəti xalq mahnısına çevrilib: "Şən oynar qaqauzlar", "Yaşa, xalqım!", "Vətən", "Sən Cadır, gozəl Cadır", "Sənə sevdam" və s.[2]
O, öz qələmini dramaturgiya sahəsində sınamış və iki pyes yazmışdır:[2]
Bu əsərlər Mixail Cakır adına Qaqauz Milli Teatrı tərəfindən səhnələşdirilmişdir.[2]
Ədibin "Aclıq qurbanları" adlı pyesi rumın dilinə çevrilib və 2006-cı ildə "Viağa Besarabiei" jurnalında yayılıb.[2]