Anadır
Qəsəbə | |||||
Anadır | |||||
---|---|---|---|---|---|
rus. Анадырь | |||||
|
|||||
64°44′ şm. e. 177°31′ ş. u. | |||||
Ölkə | Rusiya | ||||
Region | Çukotka Muxtar Dairəsi | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1889 [1] | ||||
Əvvəlki adı | Novomariinsk (1923-cü ilə qədər)[1] | ||||
Sahəsi | 20[2] | ||||
Mərkəzin hündürlüyü | 35 m | ||||
Saat qurşağı | UTC+12:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 13045[3] nəfər (2010) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 42722 | ||||
Poçt indeksi | 689000 | ||||
Digər | |||||
adm.anadyr.ru (rus.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir.
Tarixi
Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı.[1] Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi.[1] 1965-ci ildə isə qəsəbə statusu aldı.[1]
Əhalisi
İl | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 2002 | 2010 |
---|---|---|---|---|---|---|---|---|
Əhali | 224[5] | 3344[6] | 5859[7] | 7703[8] | 12241[9] | 17094[10] | 11038[11] | 13045[3] |
2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu. 1 yanvar 2015-ci il tarixinə olan təxmini əhali sayı isə 14326 nəfərdir.[12]
Nəqliyyat
Anadır Berinq dənizinin Anadır körfəzində yerləşən əhəmiyyətli dəniz portudur. Anadırda həmçinin Uqolnıy Hava Limanı vasitəsilə Rusiyanın Xabarovsk, Vladivostok, Moskva və digər şəhərləri və ABŞ-nin Nom şəhəri ilə hava əlaqəsi yaradılmışdır. Anadırda hal-hazırda sadəcə Tavayvaam ilə avtomobil yolu vardır, lakin 2014-cü ildə 1800 kilometrlik Maqadan-Anadır yolunun tikintisinə başlanılmışdır.[13] Tikintinin 30 il sonra tamamlanması planlaşdırılıb.
İqlimi
Keppenin iqlimlər təsnifatına görə Anadır subarktik iqlimə malikdir. Qışı uzun və çox soyuqdur, yayı isə sərin və qısadır. Ən soyuq ay −22.6 °C ortalama temperatur ilə yanvar ayı, ən isti ay isə +11.6 °C °C ortalama temperatur ilə iyul ayıdır. Hər il ortalama 382 mm yağıntı düşür. Ən yüksək temperatur +30.0 °C 7 iyul 1956-cı ildə, ən aşağı temperatur isə −46.8 °C 3 yanvar 1913-cü ildə qeydə alınmışdır.[14][15]
Tanınmış şəxslər
- Valriy Tokarev — Kosmonavt
- Roman Abramoviç — Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, Çelsi klubunun prezidenti
Qardaşlaşmış şəhərlər
Anadır 30 oktyabr 1989-cu ildə ABŞ-nin Bethel şəhəri ilə qardaş şəhər elan olunmuşdur.
İstinadlar
- ↑ 1 2 3 4 5 Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. səh. 20. ISBN 5-7107-7399-9.
- ↑ Russian Federal State Statistics Service. "Регионы России. Основные социально-экономические показатели городов. 2012 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine". Дальневосточный федеральный округ. Города Чукотского автономного округа.
- ↑ 1 2 Russian Federal State Statistics Service. "Всероссийская перепись населения 2010 года. Том 1". Всероссийская перепись населения 2010 года (2010 All-Russia Population Census) (Russian). Russian Federal State Statistics Service. 2011. March 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 29, 2012.
- ↑ Почта России. Информационно-вычислительный центр ОАСУ РПО. (Russian Post). Поиск объектов почтовой связи Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine (Postal Objects Search) (rus.)
- ↑ Список населённых мест Дальневосточного края. По материалам Всесоюзной переписи населения 17 декабря 1926 года и Приполярной переписи 1926—27 года. — Хабаровск; Благовещенск, 1929.
- ↑ РГАЭ, ф. 1562, оп. 336, д. 1470, л. 20.
- ↑ "Перепись населения СССР 1959 года". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Перепись населения СССР 1970 года". 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Перепись населения СССР 1979 года". 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ Demoscope Weekly. "Всесоюзная перепись населения 1989 г. Численность наличного населения союзных и автономных республик, автономных областей и округов, краёв, областей, районов, городских поселений и сёл-райцентров". Всесоюзная перепись населения 1989 года [All-Union Population Census of 1989] (Russian). Институт демографии Национального исследовательского университета: Высшая школа экономики [Institute of Demography at the National Research University: Higher School of Economics]. 1989. September 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2014.
- ↑ Russian Federal State Statistics Service. "Численность населения России, субъектов Российской Федерации в составе федеральных округов, районов, городских поселений, сельских населённых пунктов – районных центров и сельских населённых пунктов с населением 3 тысячи и более человек". Всероссийская перепись населения 2002 года [All-Russia Population Census of 2002] (Russian). May 21, 2004. February 3, 2012 tarixində orijinalından (XLS) arxivləşdirilib. İstifadə tarixi: August 9, 2014.
- ↑ "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года". 2015-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-06.
- ↑ "Project to build road from Kolyma to Anadyr drawn up". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Weather and Climate- The Climate of Anadyr" (Russian). Weather and Climate (Погода и климат). 15 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2015.
- ↑ "Anadyr Climate Normals 1961–1990". National Oceanic and Atmospheric Administration. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2015.
- ↑ "Anadyr twinned with Bethel, Bethel government website" (PDF). 2011-08-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.