Anapka çayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anapka
rus. Анапка
Ölkələr
Mənbəyi Maskaqa
Mənsəbi Anapa buxtası
Hövzəsinin sahəsi 411 km²
DSR[ru] 06030000112109100000020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anapka — Anapa düzənliyindən axan və Anapa buxtasına tökülən çay. Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində və Anapa rayonunda yerləşir. Maskaqa və Kotloma çaylarının birləşməsindən əmələ gəlmişdir.[1] Çayın su toplayıcı sahəsi — 411 km²-dir[2].

Coğrafiyası

Çayın hidroloji rejimi Aralıq dənizi xarakteri daşıyır. Çayda daşqınlar qış yağışları zamanı müşahidə olunur. Bu dövrlərdə Maskaqa və Kotloma çayları bol sulu olur və Anapka çayında daşqınlar baş verir. Daşqın suları Qara dənizə qədər gedib çatır. Çay boyu meandrlar çoxluq təşkil edir. Suyun sürəti aşağıdır və durğundur. O üzdən temperaturu yüksəkdir. Çay sahilləri boyu qamçlıqlar üstünlük təşkil edir. Dəyişən axını var. Yayda Anapkada su səviyyəsi çox aşağı düşür. O üzdən əks istiqamətdə dəniz suyu çay boyu hərəkət edə bilir. Bu dövrdə çayın suyu şoranlaşır. Payızın əvvələrində bəzən tamamilə quruyur. Qış aylarında çay suyu donur. O üzdən çay üzərində ətraf ərazinin əhalisi xizək və konki sürür. Şəhər hüdudları daxilində Anapka çayının yatağı sərhəd rolu oynayır. Məhs çay şimalda yerləşən sanatoriya-istirahət zonası ilə cənubda yerləşən yaşayış zonası arasında təbii sərhəddir.[3]

Çayın yatağı boyunca kafelər var. Anapanın mərkəzi çimərliyi Anapkanın mənsəbi yaxınlığında yerləşir. Bununla belə, Maskaqın yuxarı axınındakı çətin ekoloji vəziyyət, eləcə də son onilliklərdə baş verən ümumi dayazlaşma səbəbindən çayda çimmək qadağandır. Buna görə əvvəllər mövcud olan iki qayıq stansiyası bağlanılıb.

Flora və faunası

Kiçik ölçüsünə baxmayaraq Anapkanın balıq faunası müxtəlifdir. Buna səbəb sahil boyu geniş yayılmış bitki qrupları, eləcə də suyun yaxşı istiləşməsidir. Çayda adi durnabalığı, daban balığı, lil balığı, qızılüzgəc, xanı və s. yaşayır. Kefal balığı isti mövsümdə Qara dənizdən gəlir. Həm dəniz, həm də şirin su mollyuskalarına rast gəlinir. Çayın bir hissəsi bataqlıqlaşmı. O üzdən qurbağalar və tritonlar üstünlük təşkil edir.

İstinadlar

  1. Лист карты L-37–111 Анапа. Масштаб: 1 : 100 000. Состояние местности на 1988 год. Издание 1990 г.
  2. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  3. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 9. Закавказье и Дагестан. Вып. 1. Западное Закавказье / под ред. Т. Н. Джапаридзе. — Л.: Гидрометеоиздат, 1964. — 224 с.