Krasnodar Diyarı

Krasnodar diyarı və ya Krasnodar ölkəsi[3] (rus. Краснодарский край) — Rusiya Federasiyası subyektlərindən biri.

Krasnodar diyarı
Краснодарский край
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

45°22′ şm. e. 39°26′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Krasnodar
Tarixi və coğrafiyası
Yaradılıb 13 sentyabr 1937
Sahəsi
  • 75.485 km²
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 5.833.002 nəf. (2024)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-KDA
Telefon kodu 861[1], 862[1]
Avtomobil nömrəsi 23, 93, 123
Rəsmi sayt
Krasnodar diyarı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krasnodar Diyarının sahəsi 76.000 km2, əhalisi 5 mln. nəfərdir. Ümumi əhalinin 54%-i şəhərlərdə yaşayır, sıxlıq 1 km2-də 66 nəfərdir. Əsas şəhərlərinə Krasnodar (mərkəz) , Şoçi, Novorossiysk, Armavir, Eysk (diyarda cəmi 26 şəhər var) aiddir. Ərazi Böyük Qafqazın qərb hissəsində və Kuban-Azovətrafı ovalıqda yerləşir. Diyarın şərq hissəsi Stavropol yüksəkliyinə söykənir. İqlimi mülayim kontinentaldan subtropikə keçid ilə xarakterizə olunur. Yanvarın orta temperaturu düzənlikdə −4°S, sahildə 5°S, iyulun orta temperaturu düzənlikdə 22–24°S, 2200 m hündürlüklü dağlarda 12°S-dir. Düzən ərazilərə ildə 400 mm, dağlara isə 3200 mm yağıntı düşür. Yüksəkdağlıqda buzlaqlar vardır. Qərbi Ön Qafqaz düzənliyində məhsuldar karbonatlı qaratorpaqlar, dağlarda qonur dağ-meşə, yüksəkdağlıqda isə dağ-çəmən torpaqları yayılmışdır. Çöllərin 80%-i şumlanmışdır. Dağlarda enliyarpaq və iynəyarpaq meşələr, daha yüksəkdə isə subalp və alp çəmənlikləri vardır (Tuapse-Soçi rayonunda qarışıq Kolxida meşələri). Rəngarəng heyvanat aləminə malikdir. Əsas çayı Kuban və onun qollarıdır (Laba, Urup, Belaya). Bir neçə su anbarı yaradılmışdır (Krasnodar və s.). Qərbi Qafqazın yüksəkdağlıq ərazisində çoxsaylı kiçik karst gölləri vardır. Taman yarımadasında və Azov dənizi sahili göllərlə zəngindir.Krasnodar diyarı çöllər zonasında yerləşdiyindən təbii şərait əhalinin həyatı, eləcə də kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə az miqdarda neft, qaz, tikinti materialları (gips, mergel, dolomit, sement, mərmər), duz yataqları, çoxsaylı mineral su mənbələri vardır.[4]

Diyar ərazisində 100-ə yaxın millətin nümayəndəsi yaşayır: ruslar (87%), ukraynalılar (4%), ermənilər (4%), beloruslar, adıgeylər, Krım tatarları, tatarlar, gürcülər, azərbaycan türkləri və s.

Sənayesi yeyinti, maşınqayırma, tikinti materialları və b. ibarətdir. Çoxlu miqdarda şəkər tozu, bitki yağı, konservlər istehsal olunur. Şəkər tozu və bitki yağı istehsalına görə Rusiyada tayı bərabəri yoxdur. Dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Neft, qaz və tikinti materialları ehtiyatına malikdir. Sənaye Krasnodarda, Novorossirskdə və k/t rayonlarında yerləşir. Qara dəniz sahillərində iri kurort şəhərləri yerləşir. Krasnadar taxıl istehsalına görə Rusiyanın əsas ərzaq diyarı hesab olunur. Burada buğda, çəltik, qarğıdalı əkinləri geniş yayılmışdır. Şəkər çuğunduru, günəbaxan, tərəvəz istehsalına görə Rusiyada birinci yerdə durur. Az miqdarda subtropik təsərrüfat – çayçılıq, meyvəçilik inkişaf etdirildi. Kuban diyarında iri südlük ətlik, qoyunçuluq, donuzçuluq, quşçuluq sahələrinə malikdir. Nəqliyyatı yaxşı inkişaf etmişdir, Novorossiysk, Tuapse kimi iri limanları vardır.

1.Abinsk rayonu

Bu toponim Türk mənşəli aba tayfasının adının təhrif edilmiş variantıdır.Monqol yürüşləri zamanı,bir hissəsi daha qədim zamanlarda Hun tayfa birliyində gəlmişlər.

2.Apşeronsk rayonu

Bu toponim Türk mənşəli avşarların adındandır.

3.Belaya Qlina rayonu

4.Beloreçensk rayonu

Bu toponimin qədim adı Aksu idi.Bu rus dilinə tərcümə edilmiş variantıdır.

5.Bryuxovetskaya rayonu

6.Vıselki rayonu

7.Qulkeviç rayonu

8.Dinskaya rayonu

9.Yeysk rayonu

Şəhərin əsl adı Ay olmuşdur.Yey təhrif olunmuş variantıdır.

10.Qafqaz rayonu

11.Kalininskaya rayonu

12.Kanevskaya rayonu

Bu yer adı iki hissədən ibarətdir.Birinci hissədəki söz kan-xan sözüdür ki bu söz məlumdur.İkinci söz isə ev sözüdür ki bu da xan evi mənasındadır.Şəhərin əsl adı Xanev olmuşdur.

13.Korenovsk rayonu

14.Krasnoarmiya rayonu

15.Krılovskaya rayonu

16.Krımsk rayonu

17.Kurqaninsk rayonu

Əsl adı Kurqan-en olmuşdur.

18.Kuşevskaya rayonu

Bu adında Türk mənşəli Qıpcaq tayfası olan quşların adı ilə bağlıdır.Ev isə məskən,yurd deməkdir.

19.Labinsk rayonu

20.Leniqradskaya rayonu

21.Mostovskoy rayonu

22.Novokubansk rayonu

23.Novopokrovskaya rayonu

24.Şerbinovskaya rayonu

25.Ust-Labinsk rayonu

26.Otradnenskaya rayonu

27.Pavlovskaya rayonu

28.Primorsko-Axtarsk rayonu

29.Severskaya rayonu

30.Slavyansk rayonu

31.Starominskaya rayonu

Bu toponimdə türk mənşəli minqlərlə bağlıdır.Minqlərin isə Qafqaza gəlməyi məlumdur. Monqol yürüşləri zamanı minqlərin bir qismi qərbə gəlmişdir.Staro ruscə eski,qədim deməkdir.

32.Tbilisskaya rayonu

Tiflis adının gürcücə deyiliş formasıdır.

33.Temryuk rayonu

Digər Türk yeradları kimi bu adda təhrifə məruz qalmışdır.Yer adı temr yuk birləşməsindən ibarətdi.Temr-temir-təmir-dəmir sözüdür.Yuk isə yük sözüdü.

34.Timaşevsk rayonu

35.Tixoretsk rayonu

36.Tuapse rayonu

Bu yer adına gəlinə iki sözün birləşməsindən əmələ gəlmişdir.Tuap-tuaf-qəribə və se-su sözünün birləşməsindən əmələ gəlmişdi.

37.Uspenskoe rayonu

Böyük Şəhərləri

[redaktə | mənbəni redaktə et]
  • Krasnodar – 646.175 nəfər (2002-ci il siyahıya almasına əsasən)[5]
  • Soçi – 328.809 nəfər (2002-ci il siyahıya almasına əsasən)[6]
  • Novorossiysk – 232.079 nəfər (2002-ci il siyahıya almasına əsasən)[7]
  1. 1 2 https://web.archive.org/web/20210513133711/https://www.consultant.ru/document/cons_doc_LAW_417998/2ff7a8c72de3994f30496a0ccbb1ddafdaddf518/.
  2. 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
  3. Абшеронск // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 31.
  4. "RussiaOutdoors — Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  5. "RussiaOutdoors — Путешествия по России". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  6. "RussiaOutdoors — Путешествия по России". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  7. "RussiaOutdoors — Путешествия по России". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]