Anjela Doroqan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anjela Doroqan
Şəxsi məlumatlar
Tam adı Anjela Doroqan
Vətəndaşlığı Moldova Moldova
Azərbaycan Azərbaycan
Doğum tarixi 2 noyabr 1989(1989-11-02) (34 yaş)
Doğum yeri
Boyu 158 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2004—2018
Məşqçisi Petro Buyuli
Komandası Atasport İdman Klubu

Anjela Doroqan (2 noyabr 1989, Kişinyov) — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi.[1]

Karyerası

Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı.

Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu.

Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.

İstinadlar

  1. International Wrestling Database. "ANZHELA DOROGAN". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.