"Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri.
Şöhrət ordeni | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | orden |
Status | təqdim olunur |
Statistika | |
Parametrlər | 37 mm x 50 mm |
Təsis tarixi | 10 noyabr 1992 |
Təltif sayı | 860 (17 fevral 2024) |
Ardıcıllıq | |
Yüksək mükafat | "Şərəf" ordeni |
Aşağı mükafat | "Dostluq" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır.
"Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[1][2][3]
1993 | 1994 – 27 may 2009 | 3 iyun 2009 – indiyə kimi |
---|---|---|
Lent | ||
2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şöhrət" ordeninə həsr olunmuşdur.[4][5]