Anna Qreki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anna Qreki
Doğum tarixi 14 mart 1931(1931-03-14)[1]
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1966(1966-01-06) (34 yaşında)
Vəfat yeri
Fəaliyyəti şairə, müəllimə, yazıçı

Anna Qreki (14 mart 1931[1], Batna (şəhər)6 yanvar 1966, Əlcəzair) — Əlcəzair yazıçısı.

Həyatı

Əlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub.

Mənbə

  • Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France Anna Greki // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.