Hollandiya Kral Milli Kitabxanası(нид. Koninklijke Bibliotheek, сокр. KB) — Haaqada yerləşən Hollandiya Milli Kitabxanası.
Hollandiya Kral Milli Kitabxanası | |
---|---|
Koninklijke Bibliotheek[1] | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 8 noyabr 1798 |
Ünvan | Koninklijke Bibliotheek, Prins Willem-Alexanderhof 5, 2595 BE Den Haag |
Digər məlumatlar | |
ISIL kodu | NL-0100030000 |
Sayt | kb.nl |
Vikianbarda əlaqəli mediafayllar |
Hollandiya Kral Kitabxanası 1798-ci ildə yaradılıb. Kitab kolleksiyası mühacirətdə olan Orange Şahzadəsi V Uilyamın şəxsi kitabxanasına əsaslanırdı. 1806-cı ildə kitabxana kral Lui Bonapartdan "kral" adını aldı. 1892-ci ildə "Hollandiyanın milli kitabxanası" adına layiq görülüb. 1993-cü ildən Hollandiya Kral Kitabxanası Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyindən maliyyə dəstəyi alan özünü idarə edən bir qurumdur.[3][4]
Niderlandın Kral Kitabxanası milli qurumdur, onun missiyası ölkənin çap və əlyazma mədəni irsini qorumaq və hər kəsə Hollandiyanın bilik və mədəni irsinə çıxışı təmin etməkdir. O, həmçinin Leiden Universitetinin Kitabxanası ilə əməkdaşlıq edərək elmi ictimaiyyəti tələbələr üçün müvafiq məlumat və təhsil imkanları ilə təmin edir. Hollandiya Kral Kitabxanasının əsas tədqiqat maraqları humanitar elmlər, ilk növbədə Hollandiya tarixi, dili və mədəniyyətidir.[5][6] Kitabxananın kolleksiyasına holland dilində olan bütün nəşrlər daxildir. Digər milli kitabxanalardan fərqli olaraq, KB nəşriyyatların öz kitablarını onlara hədiyyə edib-etməmək barədə qərar verə biləcəyi bir kitabxanadır. Başqa ölkələrdə tez-tez nəşriyyatçılardan bunu tələb edirlər. Kitabxananın fondu 3,5 milyon nəşri əhatə edir, onlardan 2,5 milyonu kitablardır. KB də təxminən 15 min qəzetə abunədir. Onun illik büdcəsi 36 milyon avrodur. Kitabxananın kolleksiyalarından istifadə etmək üçün illik abunə 15 avroya başa gəlir. Hollandiya Kral Kitabxanasının kataloqu İnternetdə mövcuddur. KB Avropada şahmat oyunları nəzəriyyəsi üzrə ən böyük ədəbiyyat kolleksiyasına malikdir.[7][8]