Aqneş Hranitski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aqneş Hranitski
mac. Ágnes Hranitzky
Doğum tarixi 4 iyul 1945(1945-07-04)[1] (78 yaş)
Vətəndaşlığı
Partnyoru
Fəaliyyəti montajçı[d]
IMDb ID0398555

Aqneş Hranitski (tam adı: Aqneş Hranitski, mac. Ágnes Hranitzky; 4 iyul 1945[1]) — Macarıstan rejissoru və montajçısı. Həyat yoldaşı Bela Tarr ilə uzunmüddətli əməkdaşlığına görə tanınır.

Fəaliyyəti

Hranitski kino sahəsində fəaliyyətə 1970-ci illərdə macar filmlərinin montajçısı kimi başlamışdır. 1981-ci ildə "Yad adam" filmini montaj edərək Bela Tarr ilə əməkdaşlığa başlamışdır. O vaxtdan Tarrın bütün filmlərini montaj etmişdir.

2000-ci ildə "Verkmeyster harmoniyası" ilə Hranitski Tarrın filmlərinin ikinci rejissoru kimi görünməyə başladı.[2]

2007-ci ildə o, Tarrın baş rejissoru olduğu "Londonlu adam" filmində yenidən ikinci rejissor kimi fəaliyyət göstərdi. Film 2007 Kann kinofestivalında nümayiş olundu.[3]

O, 2011-ci ildə "Turin atı" filmində yenidən ikinci rejissor kimi görünür. Film ilk dəfə 61-ci Berlin beynəlxalq kinofestivalında nümayiş olunmuşdur və Münsif Qran-pri mükafatına layiq görülmüşdür.

Şəxsi həyatı

Aqneş Hranitski 1978-ci ildən bəri tanıdığı rejissor Bela Tarr ilə ailə həyatı qurmuşdur.

İstinadlar

  1. 1 2 Ágnes Hranitzky // filmportal.de. 2005.
  2. Schlosser, Eric. "Interview with Béla Tarr: About Werckmeister Harmonies (Cannes 2000, Director's Fortnight)". İstifadə tarixi: 23 August 2016.
  3. Mitchell, Wendy. "Fortissimo on board for Bela Tarr's Cannes title The Man From London". 17 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2016.