Bela Tarr

Bela Tarr (mac. Tarr Béla, 21 iyul 1955[2][3][…], Peç[4]) — macar rejissor, prodüser, ssenarist.

Bela Tarr
mac. Tarr Béla
Doğum tarixi (69 yaş)
Doğum yeri Peç, Macarıstan
Vətəndaşlığı
Həyat yoldaşı Aqnes Hranitski
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1971-h.h.
IMDb ID0850601
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bela Tarr 21 iyuçl 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulmuş , ancaq Budapeştdə böyümüşdür. Anası və atası kino sənəti ilə yaxından əlaqəli insanlar olmuşlar. Atası səhnə tərtibatçısı idi. Anası 50 ildən çox teatrda suflyor olaraq işləmişdir. Hələ uşaq yaşlarında anası ilə birlikdə Tolstoyun İvan İlyiçin ölümü adlı əsərinin film çəkilişləri üçün seçmələrə qatılmış və ilk rolunu da bu filmdə oynamışdır. Lakin onun aktyorluq fəaliyyəti çox uzun çəkmədi. Tarr Mikloş Yançonun "Canavarlar fəsili" filmi ilə aktyorluq karyerasına son qoydu. 16 yaşlarından film çəkəyə başlayan Tarr özündə olan həvəsi hələ o vaxtlardan kəşf etmişdi. Onun çəkdiyi qeyri-professional filmlərin mövzusu əsasən macar işçilərin və ya kasıb insanların həyatları idi. Çəkdiyi 8 mm-lik filmlərdən sonra macar hökumətə ona ali təhsilini davam etdirməyə icazə vermədi. Buna baxmayaraq karyerasına bu yöndə davam etdi.

Bela Tarrın karyerasında ilk uzunmetrajlı filmi 1977-ci ildə cəmi 22 yaşında olarkən çəkmişdir. Filmdəki aktyor və aktrisalar yerli əhalidən seçilmiş və rolları qarşılığında heç bir məvacib almamışdılar. Film 6 günə ərsəyə gəlmişdi. Ailə yuvası adlanan film 1979-cu ildə yayımlandı. Bir neçə kiçik dəyişikliklərdən sonra tərzini olduğu kimi davam etdirən Tarr bundan Kənardakılar (mac. Szabadgyalog) və Prefabrik insanları (mac. Panelkapcsolat) filmlərini çəkir. 1982-ci ildə Şekspirin Maqbet əsərinə çəkdiyi televiziya filmi sadəcə iki səhnədən ibarət idi. İlk səhnə 5, ikinci səhnə isə 67 dəqiqədir.

1984-cü ildə Tarr "Payız Almanaxı" (mac. Őszi almanach) filmini çəkir. İlk 4 uzunmetrajlı filmin ssenarisini özü yazan Bela Tarr "Payız Almanaxı" filmindən sonra macar yazar Laslo Krasnahorkayi ilə birlikdə Karhozat filminin ssenarisi üzərinsə çalışmağa başladı. Krasnahorkayinin "Şeytanın tanqosu" (mac. Sátántangó) romanının filmə çevrilən layihəsi 7 ildən artıq bir zaman müddətində hazırlandı. 450 dəqiqəlik film 1994-cü ildə izləyiciyə təqdim edildi. "Şeytanın tanqosu" filmindən sonra 1995-ci ildə 35 dəqiqəlik "Düzənlikdə səfər" (mac. Utazás az Alföldön) filmini tamamladı. Bu filmlə Tarr 5 il müddətində sənətə fasilə verdi. Yenidən 2000-ci ildə yaradıcılığını davam etdirən rejissor "Verçkmeyshter Harmoniyaları" (mac. Werckmeister Harmóniák) filmini ərsəyə gətirdi. Bela Tarrın Gorc Simenonun eyni adlı romanı əsasında çəkilən "Londonlu adam" (mac. A Londoni férfi) filmi 2005-ci ildə nümayiş etdirilməsi nəzərdə tutulsa da filmin yaradıcılarından biri olan Humbert Balsanın 10 fevral 2005-ci ildə vəfatı ilə bu proses təxirə salındı. Nəticədə filmin premyerası 2007-ci ildə Kann Film Festivalında baş tutdu və 2008-ci ildə bütün dünyada nümayiş etdirildi. Tarrın yaradıcılığının son filmi isə "Torino atı" (mac. A torinói ló) adlı filmdir. 11 fevral 2011-ci ildə Almaniyada Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilən film eyni zamanda bir neçə ölkədə yayımlandı. Tarr bu filmlə 2 böyük mükafata layiq görüldü.

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Uzun Metrajlı Filmləri

[redaktə | mənbəni redaktə et]
  • A Torinói ló (2011)
  • A Londoni férfi (2007)
  • Werckmeister harmóniák (2000)
  • Sátántangó (1994)
  • Kárhozat (1988)a
  • Öszi almanach (1984)
  • Panelkapcsolat (1982)
  • Szabadgyalog (1981)
  • Családi tüzfészek (1979)[5]

Televiziya Filmləri

[redaktə | mənbəni redaktə et]
  • Macbeth (1982)[5]

Sənədli filmləri

[redaktə | mənbəni redaktə et]
  • City Life (1990)[5]

Qısa Filmləri

[redaktə | mənbəni redaktə et]
  • Visions of Europe (2004)
  • Utazás az Alföldön (1995)
  • Utolsó hajó (1990)
  • Hotel Magnezit (1978)[5]
  1. 1 2 Museum of Modern Art online collection (ing.).
  2. Béla Tarr // filmportal.de. 2005.
  3. Béla Tarr // Brockhauz Ensiklopediyası (alm.).
  4. Deutsche Nationalbibliothek Record #1020678070 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 3 4 "Arxivlənmiş surət". 2012-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-20.