Aray Osui

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aray Osui
Doğum tarixi 29 may 1846(1846-05-29)
Doğum yeri
Vəfat tarixi 16 iyun 1922(1922-06-16) (76 yaşında)

Aray Osui (新井奥邃?, 29 may 1846, Senday16 iyun 1922)Yaponiyada xristian icmasının liderlərindən biri, Tomas Leyk Harrisin şagirdi. Boşin müharibəsidə şoqunluq üçün döyüşmüşdür. 1871-99-cu illərdə ABŞ-də yaşamış, daha sona Yaponiyaya qayıtmışdır.

Həyatı

İlk illəri

1846-cı ildə Senday hanında bir samuray ailəsində doğulmuş və yerli han məktəbində təhsil almışdır.[1] 1866-cı ildə han hökuməti tərəfindən Tokuqava şoqunluğunun Edo şəhərində yerləşən konfutsiçilik akademiyası olan Şokeykoya təhsil almaq üçün göndərilsə də, buradakı kurikulumdan narazı qalmışdır.[1] Bunun əvəzinə konfutsiçi alim Yasui Sokkendən dərslər almışdır.[1]

1868-ci ildə şoqun ordusunun Toba-Fuşimi döyüşündəki məğlubiyyətini eşidəndən sonra Sendaya qayıtmışdır.[1] Keçmiş müəllimi Tamamuşi Sadayunun köməkliyi ilə şoqunluğa sadiq olan şimal-şərq hanlarının koalisiyasını təşkil etmişdir.[1] Senday imperatorluq ordusuna təslim olduqdan sonra Enomoto Takeakinin başçılıq etdiyi şoqunluq donanmasına qatılmış və bir neçə ay Hakodatedə müqavimət göstərmişdir.[1] Burada ikən Rus Pravoslav Kilsəsinin Hokkaydodakı təmsilçisi olan Nikolaydan xristianlığı öyrənmişdir.[1]

1871-ci ildə onun xristianlığa olan marağını eşidən Mori Arinori onu ABŞ-yə dəvət etmişdir.[1] Mori Arayı unortodoks xristian utopiyaçı, Nyu-Yorkdakı Yeni Həyat Qardaşlığının lideri olan Tomas Leyk Harrisə əmanət etmişdir.[1] Aray 30 il boyunca Harrisin icmasına yaşamağa qərar vermiş, 1875-ci ildə icma ilə birlikdə Kaliforniyaya köçmüşdür.[1] O, Harrisin ən çox etibar etdiyi şagirdlərindən biri olmuş, Harrisin 1892-ci ildəki təqaüdündən sonra icmanın ruhani rəhbərinə çevrilmişdir.[1] 1899-cu ildə Yaponiyaya qayıtmaq barədə verdiyi qəfil qərar icma üçün ağır zərbə olmuşdur.[1]

Yaponiyaya qayıdışı

Arayın Yaponiyaya qayıtmaqdakı əsas məqsədi Harrisin nəzəriyyələrini yaponlar arasında yaymaq idi.[1] O, hansısa dini təşkilata qatılmaqdan imtina edərək öz icmasını toplamaq istəmişdir.[1] O, daimi işdən imtina etmiş, yoxsulluq içərisində yaşamış və heç vaxt evlənməmişdir.[1] 1903-cü ilə kimi Arayın nəzəriyyələri bir çox intellektualı və universitet tələbəsini özünə cəlb etmişdir.[1] 1903-cü ildə təqibçilərindən biri onun üçün Tokioda sadə ev tikdirmişdir.[1] Kenvaşa adlandırılan bu ev 20 şagirdi öyrətmək və dini fəaliyyətlərlə məşğul olmaq üçün bəs idi.[1]

Arayın şagirdləri az olsa da, onlardan biri olan reformist Tanaka Şozo ictimai şüurun oyanmasında vacib rol oynamışdır.[1] Həmin dövrdə Aray tanrının bəşəriyyətə mesaj olaraq göndərdiyini iddia etdiyi yazılar yazmağa başlamış və "Deyimlər" başlığı altında nəşr etdirmişdir.[1] O, bu yazıları dostlarına və təqibçilərinə paylamış, görüşlər zamanı bu yazılardan sitatlar gətirmişdir.[1] Ölümündən sonra şagirdi Naqaşima Tadaşiqe onun yığcam yazılarını 5 cild şəklində 1930-31-ci illərdə nəşr etdirmişdir.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild. Tokio: Kodansha. 1983. səh. 73. ISBN 0-87011-621-5. İstifadə tarixi: 28 may 2022.