Araz Musayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Araz Musayev
Araz Musayev
Şəxsi məlumatlar
Tam adı Araz Musayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan Respublikası
Milliyəti azərbaycanlı Azərbaycan Azərbaycan
Doğum tarixi (46 yaş)
Doğum yeri Masallı rayonu, Lürən kəndi
Təhsili Azərbaycan Beynəlxlaq Universiteti
İdman növü Döyüş
Karyera illəri 1998-davam edir
Hərbi rütbəsi Polkovnik-leytenant

Araz Musayev - Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası[1][2],[3]

Haqqında

Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Ailəlidir.

Təhsili

1985-ci ildə Masallı rayonunun Lürən kəndi orta məktəb getmiş və 1995-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Beynəlxalq Universitetin "Hüquq fakültəsinə" qəbul olmuş, 1999-cü ildə Universiteti bitirib hərbi xidmətə getmişdir.

Əmək fəaliyyəti

Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətinə başlamış, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışmış. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və daxili xidmət polkovnik-leytenantıdır.[4],[5]

İdman fəaliyyəti

1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olmuşdur. 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başlayaraq, ilk idman nailiyyəti ölkə ikinciliyi olmuşdur. Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionudur. Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir. 2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olmuşdur. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif mükafatlarla - evlə, fəxri fərmanlarla təltif edilmişdir.[6],[7],[8]

Medalları

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Zabit Səmədov və Araz Musayev gənclərə "ustalıq dərsi" keçdi". aztimes.az. İstifadə tarixi: 10.02.2021.
  2. az.trend.az https://az.trend.az/azerbaijan/society/2434303.html (#bare_url_missing_title). 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  3. "Araz Musayev: "Mən cənab prezidentimizin əsgəriyəm" -". www.sportinfo.az. İstifadə tarixi: 10.02.2021.
  4. "Yüksək vəzifə tutan idmançılar". news.milli.az. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  5. "Azərbaycan Muay-Tay Federasiyasının vitse-prezidenti 9 qat dünya, 3 qat Avropa çempionu, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası". pia.az. 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  6. "Araz Musayev". modern.az. İstifadə tarixi: 10.02.2021.
  7. "9 qat dünya çempionu". xeber.media. İstifadə tarixi: 10.02.2021.
  8. "AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİONATINDA İKİ QIZIL, BİR GÜMÜŞ VƏ DÖRD BÜRÜNC MEDAL QAZANMIŞLAR". azertag.az. İstifadə tarixi: 10.02.2021.