Araz Musayev

Araz Musayev - Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası[1][2],[3]

Araz Musayev
Araz Musayev
Şəxsi məlumatlar
Tam adı Araz Musayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan Respublikası
Milliyəti azərbaycanlı Azərbaycan Azərbaycan
Doğum tarixi (45 yaş)
Doğum yeri Masallı rayonu, Lürən kəndi
Təhsili Azərbaycan Beynəlxlaq Universiteti
İdman növü Döyüş
Karyera illəri 1998-davam edir
Hərbi rütbəsi Polkovnik-leytenant

Haqqında[redaktə | mənbəni redaktə et]

Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Ailəlidir.

Təhsili[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Masallı rayonunun Lürən kəndi orta məktəb getmiş və 1995-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Beynəlxalq Universitetin "Hüquq fakültəsinə" qəbul olmuş, 1999-cü ildə Universiteti bitirib hərbi xidmətə getmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətinə başlamış, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışmış. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və daxili xidmət polkovnik-leytenantıdır.[4],[5]

İdman fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olmuşdur. 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başlayaraq, ilk idman nailiyyəti ölkə ikinciliyi olmuşdur. Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionudur. Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir. 2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olmuşdur. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif mükafatlarla - evlə, fəxri fərmanlarla təltif edilmişdir.[6],[7],[8]

Medalları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Araz Musayev". www.youtube.com. İstifadə tarixi: 10.02.2021.
  • "Qələbə günündə 120-ci qurbanını kəsən dünya çempionu". ikisahil.az. İstifadə tarixi: 10.02.2021.
  • "Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Araz Musayev maraqlı addım atıb". baku.ws. İstifadə tarixi: 10.02.2021.
  • "Fövqaladə hallar nazirliyinin zabiti İdmançı Araz Musayev qürurlandırıcı addım atıb". kanal4.az. İstifadə tarixi: 10.02.2021.
  • "Beynəlxalq dərəcəli idman ustası Araz Musayevin qondarma erməni soyqırımı ilə bağlı İSBAM-da çıxışı". turanxeber.az. İstifadə tarixi: 10.02.2021.
  • "9 qat dünya çempionu İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi". news24.az. İstifadə tarixi: 10.02.2021.[ölü keçid]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Zabit Səmədov və Araz Musayev gənclərə "ustalıq dərsi" keçdi". aztimes.az. İstifadə tarixi: 10.02.2021.
  2. az.trend.az https://az.trend.az/azerbaijan/society/2434303.html (#bare_url_missing_title). 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  3. "Araz Musayev: "Mən cənab prezidentimizin əsgəriyəm" -". www.sportinfo.az. İstifadə tarixi: 10.02.2021.
  4. "Yüksək vəzifə tutan idmançılar". news.milli.az. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  5. "Azərbaycan Muay-Tay Federasiyasının vitse-prezidenti 9 qat dünya, 3 qat Avropa çempionu, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası". pia.az. 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2021.
  6. "Araz Musayev". modern.az. İstifadə tarixi: 10.02.2021.
  7. "9 qat dünya çempionu". xeber.media. İstifadə tarixi: 10.02.2021.
  8. "AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİONATINDA İKİ QIZIL, BİR GÜMÜŞ VƏ DÖRD BÜRÜNC MEDAL QAZANMIŞLAR". azertag.az. İstifadə tarixi: 10.02.2021.