Arqayaş milli mahalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
milli mahalı
Arqayaş milli mahalı
başq. Arƣajaş milli okrugь, rus. Аргая́шский национа́льный о́круг

55°29′22″ şm. e. 60°52′27″ ş. u.


Ölkə SSRİ
İnzibati mərkəz Arqayaş kəndi
Tarixi və coğrafiyası
Yaradılıb 17 yanvar 1934
Ləğv edilib 17 noyabr 1934
Sahəsi 6.772 km²
Əhalisi
Əhalisi 88,9 min nəfər (1933)
Əhalinin sıxlığı 13,1 nəfər/km²

Arqayaş milli mahalı (başq. Arƣajaş milli okrugь, rus. Аргая́шский национа́льный о́круг) — SSRİ-də, Rusiya Sovet Federativ Sosialist Respublikasında qısa müddət mövcud olmuş inzibati ərazi vahidi[1]. Başqırdların milli mahalı idi. Mərkəzi Arqayaş kəndi idi[1].

Tarixi

Ümumittifaq MİK Rəyasət Heyətinin 17 yanvar 1934-cü il tarixli qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmışdır[1][2].

Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir[1].

Ərazisi

Sahəsi 6772 km²[1], əhalisi 88,9 min nəfər olmuşdur.

Mahala başqırdların kompakt yaşadıqları ərazilər – Başqırd Muxtar Sovet Sosialist Respublikasından alınıb Çelyabinsk vilayətinə verilən ArqayaşKunaşak rayonları daxil idi[1].

İstinadlar

  1. 1 2 3 4 5 6 ARQAYAŞ MİLLİ MAHALI Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. "Постановление ВЦИК от 17 января 1934 года «О разделении Уральской области»". 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-23.

Xarici keçidlər