Atər mədəniyyəti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şimali Afrika

Atər mədəniyyətiŞimali Afrikada(Mərakeş, Əlcəzair və Tunisin sahilyanı əzazilərindən Cənubi Böyük Səhradakı göllərədək) Mustye dövrünə aid arxeoloji mədəniyyət. Başlanğıc tarixi 28–25 min il əvvələ aiddir, son dövr tarixi aydın deyil. A.m 1870-ci illərdə Bir-əl-Atərdə (Əlcəzair) aşkar olunmuş və adı da bu yerlə əlaqədardır. A.m.-ə adi nukleuslar, sivri ucluqlar, ikiuclu mat-qab, sapı və iti kənarları olan üçkünc alətlər tapılmışdır. Antropoloji tapıntıların neandertallara yaxın olması ehtimal edilir.[1]

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası. II. Bakı: Elmi Mərkəzi. 2010. səh. 220.

Xarici keçidlər