Atər mədəniyyəti — Şimali Afrikada(Mərakeş, Əlcəzair və Tunisin sahilyanı əzazilərindən Cənubi Böyük Səhradakı göllərədək) Mustye dövrünə aid arxeoloji mədəniyyət. Başlanğıc tarixi 28–25 min il əvvələ aiddir, son dövr tarixi aydın deyil. A.m 1870-ci illərdə Bir-əl-Atərdə (Əlcəzair) aşkar olunmuş və adı da bu yerlə əlaqədardır. A.m.-ə adi nukleuslar, sivri ucluqlar, ikiuclu mat-qab, sapı və iti kənarları olan üçkünc alətlər tapılmışdır. Antropoloji tapıntıların neandertallara yaxın olması ehtimal edilir.[1]
Şimali Afrika | |
---|---|