Atlantika tornabeniyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Atlantika tornabeniyası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Atlantika tornabeniyası
Beynəlxalq elmi adı
  • Tornabea scutellifera

Tornabenia atlantica (lat. Tornabenia atlantica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin tornabenia cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1][2]

Qısa morfoloji təsviri

Tallomu kollvaridir, tünd-boz rəngdə, KOH təsirindən rəngini dəyişmir. Lövhəcikləri ensizdir, enliliyi 0,6-1,5 mm-ə qədərdir, yuxarı hissəsi xovlu-kirpikcikli, şaxələnmiş, qıraqları fibrilsizdir. Apotesilərin diamteri 1–3 mm, diski çılpaq, yastı, qara rənglidir, qırağı qalın, boz rənglidir. Ağaclarda, daş üzərində olan torpaqda və qayalarda bitir.[1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Kolavri həyati formaya malik, mezofit, işıqsevən növdür, sporla çoxalır.[1][2][4]

Yayılması

Ağdaş rayonu (Türyançay qəsəbəsi yaxınlığında), Qəbələ rayonu (Svalan kəndi yaxınlığında), Quba rayonu (Qonaqkənd yaxınlığında), Abşeron yarımadası (şüvələn qəsəbəsi, Bakı buxtası, Biləcəri stansiyası yaxınlığında), Lənkəranın dağlıq hissəsi (Lerik, Şonaçola kəndi yaxınlığında), Xaçmaz rayonu (Yalama meşəsi).[1][2][4]

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[1][2][4]

Məhdudlaşdırıcı amillər

Meşələrin qırılması, heyvanların sistemsiz otarılması və tapdalanma, atmosferin çirklənməsidir.[1][2][4]

Mühafizə tədbirləri

Mühafizəsi üçün yayılam yerlərində yasaqləqların təşkilidir.[1][2][4]

Sinonimi

  • Anaptychia intricate

İstinadlar

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  3. Бархалов Ш.О. 1969
  4. 1 2 3 4 5 Tərtibçinin məlumatı. 

Həmçinin bax