Ato, Kaz və Nik

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ato, Kaz və Nik.

Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə YaponiyaCənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları.

Tarix

Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir.[1]

Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır.[1][2]

Təsvir

Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar.[1] Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.[2] Ato Atmozonanın kralı olan Elektronun oğludur.[3]

2002-ci ildə onlara həsr olunmuş "Sferiklər" adlı animasiya serialı yayımlanmışdır.

İstinadlar

  1. 1 2 3 "Ato, Nik and Kaz picked by fans". ESPN (ingiliscə). 26 aprel 2001. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2023.
  2. 1 2 "World Cup Mascots in history". FİFA (ingiliscə). 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2023.
  3. "Corea-Japon Las Mascotas". El Mundo (ispanca). 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2023.

Xarici keçidlər

Sələfləri 
Futiks
Fransa Fransa 1998

FİFA Dünya Kubokunun talismanları

Cənubi Koreya Yaponiya Koreya / Yaponiya 2002
Xələfləri 
Qoleo
Almaniya Almaniya 2006