Auxer lələklivəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Auxer lələklivəsi - (lat. Smyrniopsis aucheri Schischk) — Kərəvüzkimilər (Apiaceae Lindl. ) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır. [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyun, meyvəvermə iyul ayına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında quru, daşlı yamaclarda rast gəlinir. [4]

Yayılması

Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu- Keçili və Kükü kəndləri). [5]

Sayı və tendensiyası

Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.  

Məhdudlaşdırıcı amillər

İqlim amillərinin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır. 

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni areallarının axtarılması təklif olunur. 

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Auxer%20l%C9%99l%C9%99kliv%C9%99si[ölü keçid]
  3. İbadullayeva S.C., 2004
  4. Флора Азербайджана, 1955
  5. İbadullayeva S.C., et al., 2011