Auxer lələklivəsi - (lat. Smyrniopsis aucheri Schischk) — Kərəvüzkimilər (Apiaceae Lindl. ) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.[1][2]
Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır. [3]
Çiçəkləmə iyun, meyvəvermə iyul ayına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında quru, daşlı yamaclarda rast gəlinir. [4]
Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu- Keçili və Kükü kəndləri). [5]
Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.
İqlim amillərinin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni areallarının axtarılması təklif olunur.