Avgit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Avgit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
(Ca,Na)(Mg,Fe,Al,Ti)(Si,Al)₂O
Strunz təsnifatı VIII/F.01
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avqit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Növ müxtəliflikləri

Piroksen qrupunun ən geniş yayılmış, tərkibcə mürəkkəb və dəyişkən mineralıdır: eqirin-avqit–zonal, Na2O və Fe2O3 ilə zəngin olan növ müxtəlifliyi; titan-avqit – TiO2 (4-5 %-dək), Fe2O3 və Al2O3 ilə zənginləşmiş növ müxtəlifliyi; bazaltik avqit – titan və manqanlı növ müxtəlifliyi; leyko-avqit – tərkibində az miqdarda Fe olan avqit və b.

Xassələri

Rəng – qara, yaşılımtıl-qara; Mineralın cizgisinin rəngi – açıq rəngli; bozumtul-yaşılımtıl; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan şəffafadək; Sıxlıq – 3,2-3,6; Sərtlik – 5-6; Ayrılma – {110} prizma üzrə orta; Bölünmə – {100} pinakoidi üzrə çox vaxt (diallaqda) aydın; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqvari; Morfologiya – kristallar: qısa-sütunvari, lövhəli, az hallarda iynəvari, İkiləşmə: çox vaxt {001} üzrə polisintetik və {100} üzrə «qaranquş quyruğu» tipli sadə; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar.

Mənşəyi və yayılması

Tipik maqmatik mineral olub, qabbrolarda, doleritlərdə, əsası effuziv süxurlarda–andezit, bazalt və fonolitlərdə geniş yayılmışdır. Bəzən ultraəsası süxurlarda, qələvi peqmatitlərdə, kontakt-metasomatik (fenitlər) və metamorfik (çarnokitlər) əmələgəlmələrdə qeyd edilir. Həmçinin ay süxurlarında aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: plagioklaz, ortoklaz, biotit, nefelin, maqnetit və b. Mineralın tapıldığı yerlər: İlmen və Vişnyovıye dağları, Lovozer tundraları (Rusiya); Daun (Almaniya); Siciliya və Lipar adaları (İtaliya); Overn vilayəti (Fransa). Azərbaycanda çoxsaylı məntəqələrdə rast gəlinən avqit Xəzər dənizinin Lənkəran-Astara sahil qumlarında, Dağlıq Talışda daha geniş yayılmışdır.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər