Avtomatik meteoroloji sistemlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Müasir meteoroloji təminat sistemləri

Son onilliklər ərzində istismara yararlı, uzaq məsafələr qət edən, yüksək sürətə malik hava laynerlərinin meydana çıxması ilə əlaqədar olaraq, dumanda görünüş məsafəsinin ölçülməsi zamanı 10 m-lik dəqiqlik tələb olunur və xüsusən də qalxma-enmə zonasında hava gəmilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yer səthi üzərində küləyin sürət və istiqamətinin və digər meteoroloji kəmiyyətlərin ölçülmə dəqiqliyinə olan tələblər də xeyli artmışdır. Ona görə də operativliyin tam təmin olunması üçün uçuşların meteoroloji təminatı vəzifəsinə qarşı qoyulan əsas tələblər məlumatların vaxtlı-vaxtında və tam şəkildə çatdırılmasından ibarət olur.[1] Yuxarıda qeyd edilən şərtlərlə əlaqadar olaraq istismar edilən müasir meteoroloji təminat sistemlərinə yüksək inteqrallaşdırılma və avtomatlaşdırılma səviyyəsi istiqamətində qoyulan təlblər də artmış olur.

Avtomatik meteoroloji sistemlər

Müşahidələrin aparılması üçün ən çox yayılan üç avtomatik stansiya var: AWOS -Almaniya, VAİSALA -Finlandiya, ASOS -ABŞ, KRAMS-4 isə Rusiya istehsalıdır. Bu stansiyalar vasitəsilə meteoroloji müşahidələr yarım saatdan bir aparılır. Əldə olunan meteoroloji məlumatları kodlaşdırırlar. Bu isə METAR adlanır. Bundan başqa xüsusi müşahidələr də vardır. Xüsusi müşahidələr kodu isə SPESİ adlanır. SPESİ müəyyən kriteriyalar vasitəsilə xüsusi hava təzahürləri üzərində aparılır. Meteoroloji müşahidələrin işlənməsinə qoyulan müasir tələblər, meteoroloji elementlərin vaxtında, dəqiq və avtomatlaşdırılmış şəkildə ölçülərək minimum xəta ilə lazımi orqanlara ötürülməsidir. Qoyulan tələbləri yerinə yetirmək məqsədilə hal-hazırda yüzdən çox hava limanlarında Almaniyanın impuls–fizik (Avtomatlaşdırılmış Meteoroloji Müşahidə Sistemləri-AWOS) və Finlandiyanın VAİSALA (Kompleksləşdirilmiş Avtomatik Radiotexniki Stansiya-KRAMS-4) dünyada tanınmış, aparıcı firmalarının müasir cihazları və sistemləri ilə təchiz olunub.[2]

Həmçinin bax

Meteorologiya

Xarici keçidlər

PEYK METEOROLOGİYASI

İstinadlar

  1. Матвеев Л.Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.
  2. Монин А.С. Введение в теорию климата. Л.1982–246с