Meteoroloji stansiya

Meteoroloji stansiyalar[redaktə | mənbəni redaktə et]

Bütün meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 3 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada tam proqramla müşahidələr aparılır, II və III stansiyalarda texniki rəhbərlik edilir. Bundan başqa həmdə ixtisaslaşmış stansiyalar vardır.

Meteoroloji stansiyalara verilən tələblər[redaktə | mənbəni redaktə et]

Meteoroloji stansiya ərazinin elə bir yerində qurmalıdırki o yer həmin rayon üçün xaraktrik olsun. Meteoroloji stansiyanı dərin yarğanların, uçqunların yaxınlığında qurmaq olmaz. Stansiya açıq və hamar yerdə qurulmalıdır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın. Meteoroloji meydança düzbucaqlı formasında olub, onun tərəfləri şimaldan cənuba və qərbdən şərqə doğru istiqamətlənir. Meydançanın qapısı şimala doğru açılmalıdır. Meydançanın ölçüləri stansiyanın dərəcəsindən və orada aparılan işin həcmindən asılı olur.

Meteoroloji stansiyaların ölcüləri[redaktə | mənbəni redaktə et]

Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]