Avtomorf səhra torpaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Avtomorf səhra torpaqları — relyefin yüksək düzənliklərində formalaşmış profili yaxşı inkişaf etmiş boz-qonur torpaqlar[1]. Bu torpaqların xarakterik əlamətlərindən biri səthinin qaysaqlı olması və humus horizontunun zəif ifadə olunmasıdır. Bu horizont tədricən bərkimiş, yüksək dispersliyi ilə fərqlənən qatda əvəz olunur. Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların hidrotermik rejimindəki kontraslılıqla əlaqədardır. Torpaqların yüksək dispersliliyinə səbəb torpaq məhlulunun qələvi reaksiyasıdır. Qələvilik yovşanlı-şoranlı bitkilərin minerallaşması zamanı natrium karbonatlarının və biokarbonatların yaranması ilə əlaqədardır.

Morfoloji əlamətləri

Üstyurd platosunun mərkəzi hissəsində tipik boz-qonur torpaqlar aşağıdakı strukturluğa malikdir:

  • Ak horizontu — qaysaqlı qat poliqonal elementlərə malikdir, qalınlığı 3–6 sm-dir.
  • A horizontu — humus, boz-qonur rəngdə. Yuxarı hissəsində köklər zəif, aşağıya doğru yumşaq olduğundan yaxşı inkişaf edir. Qalınlığı 10–15 sm.
  • B horizontu — qonur rəngdə bərkimiş qat, kəltənli-prizmavari struktura ağ gözcüklərlə ifadə olunur. Qalınlığı 10–15 sm.
  • C horizontu — yumşaq lössabənzər gillicələr. 0,5–1,0 mm ölçüdə izotermik gips kristalları olur. Lössabənzər gillicələrin qalınlığı tez-tez dəyişilir.

Yarımtipləri

Boz-qonur torpaqlar 3 yarımtipə bölünür:

  1. Boz-qonur səhra çox isti donan
  2. Boz-qonur səhra subtropik qısa müddətə donan
  3. Boz-qonur səhra subtropik çox isti donmayan

İstinadlar

  1. İ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014. 235 s.

Xarici keçidlər