Ay erası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yerdə sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində radiaktiv elementlərin (uran, radium, torium, plutonium) zəncirvari parçalanma reaksiyaları baş vermişdir ki, bunun da nəticəsində temperatur qalxmışdır. Yerin daxilində olan mantiya əriyərək odlu kütləyə çevrilmişdir. Ərinti maddələri bərl yer qabığı olmadığından rahatlıqla səthə qalxmışdır. Beləliklə, yer səthini tamamiylə lava axınları tutmuşdur. Ayda da belə bir püskürmələr baş verdiyi üçün bu mərhələ Ay erası adını almışdır. Hazırda Ayın səthində soyumuş lavalar, nəhəng vulkan kraterləri və konusları qalmaqdadır.[1]

Həmçinin bax

İstinadlar

  1.  Y.Qəribov, O.Alxasov, Ş.Hüseynli, M.Babayeva, Coğrafiya-10 cu sinif dərsliyi,