Ayaz Abdullayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ayaz Abdullayev
Ayaz Hidayət oğlu Abdullayev
Doğum tarixi (83 yaş)
Doğum yeri Gəncə, Azərbaycan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Texnika
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Politexnik İnstitutu (İndiki Texniki Universitet)

Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.

Həyatı və elmi fəaliyyəti

1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir.

Təltif və mükafatları

2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.

İstinadlar

Mənbə

  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.