Aydın Mansurov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aydın Mansurov
Doğum tarixi 14 sentyabr 1953(1953-09-14)
Doğum yeri
Vəfat tarixi 30 dekabr 2017(2017-12-30) (64 yaşında)
Vəfat yeri
Uşaqları Süleyman, Bəhram
Atası Bəhram Mansurov
Fəaliyyəti operator
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2016 "Humay" mükafatı — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aydın Bəhram oğlu Mansurov (14 sentyabr 1953, Bakı30 dekabr 2017, Bakı) — Azərbaycan musiqiçisi, kinooperator.

Həyatı

Aydın Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Orta Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973). Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). 1983-2005-ci illərdə AzTV-də kinooperator vəzifəsində çalışıb. 2005-ci ildən isə ömrünün sonuna qədər İctimai Televiziyada işləyib. Aydın Mansurov bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub.

24 aprel 2015-ci ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" Milli Mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7 noyabr 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

Şəcərəsi

Xarici keçidlər