Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi | |
---|---|
|
|
Ölkə | |
Tip | fəxri ad |
Statistika | |
Təsis tarixi | 22 may 1998 |
Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.[1]