Aymak

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türkmonqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə MonqolustandaÇin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon.

Tarixi

Monqol mənşəli Şimali Yuan sülaləsiTzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü.

Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır.

Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.[1].

1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır.

Müasir dövrdə

Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür. Çin Xalq Respublikasında Daxili Monqolustan adlanan ərazisi 3 aymakdan ibarətdir. Aymakların özləri də öz növbəsində somonlara bölünür.

İstinad

  1. "История административно-территориального деления Бурятии". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-07.