Azərbaycanda QİÇS

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Azərbaycanda QİÇS - Azərbaycandakı QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Azərbaycanda ilk dəfə QİÇS virusu 1992-ci ildə aşkar edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilə aid hesabatına əsasən Azərbaycanda HİV müsbət 4902 nəfər qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i kişi, 1138-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. HİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olmuşdur.[1]

Yoluxma yolları

4735 nəfər Azərbaycan vətəndaşından 2587-də HİV virusuna yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə yoluxma yolu naməlumdur.[1]

Mübarizə

Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının Ümümdünya QİÇS günü ərəfəsində dərc etdiyi məlumatda göstərilir ki, QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, epidemiya ilə mübarizədə dönüş yaranması və 2030-cu ildə qarşısının alınması məqsədilə 2020-ci ilədək sürətləndirilmiş planlı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər 5 il müddətində 3 əsas göstəricini hədəfləyir:

  • HİV-lə yaşayanların 90%-ı HİV-ə yoluxduqlarından xəbərdar olmalıdırlar.[1]
  • HİV statuslarından xəbərdar olan şəxslərin 90%-ı müalicəyə cəlb edilməlidir.[1]
  • Müalicə alanlardan 90%-da virus yükü endirilməlidir.[1]

2020-ci ildə bu məqsədlərə nail olmaq, 2030-cu ildə HİV/QİÇS-in qlobal epidemiyasının ləğv edilməsinə real əsas yarada bilər. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının hesabatına əsasən, 2014-cü ilin II-ci rübünün sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil edib və 2012-ci ilə nisbətən 40% artıb. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqaisədə 29% azalıb. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2014-cü ildə aşkar olunan HİV-ə yoluxma hallarının 30,3%-i, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin hesabatı". Press Reliz. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Yanvar, 2015.

Xarici keçidlər