Azərifrog

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

"Azərifrog"Qurbağa və qurbağa məhsullarının Azərbaycanda ilk ixracatçısı olan şirkət.

Tarixi

Şirkət "Azərifrog" MMC adı ilə 2015-ci ildə yaradılıb, 2016-cı ilin yayından fəaliyyətə başlayıb[1].

Rəhbəri

Şirkətin rəhbəri Fransada təhsil almış və xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlı olan Rauf Hüseynzadədir[2].

Ferması

Azərbaycan Respublikasının Salyan rayonunun Şorsulu kəndində şirkətin qurbağa ferması yerləşir[1]. Bu fermaya yetişdirilmək üçün qidaya yararlı qurbağalar Braziliyadan gətirilmişdir[3].

Hal-hazırda fermada 100 nəfərdən artıq işçi çalışır[3].

Şirkət həm yerli, həm də xarici bazarı qurbağa əti ilə təmin edir; müqavilə əsasında Fransa, Çinİspaniya şirkətləri ilə əməkdaşlıq edir[3].

İstinadlar

  1. 1 2 Azərbaycan xaricə qurbağa satır - Fotolar Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine. azvision.az, 17.10.2016  (az.)
  2. Azərbaycan xaricə qurbağa əti ixrac edir – FOTO Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine. oxu.az, 17.10.2016  (az.)
  3. 1 2 3 Azərifrog şirkəti haqqında Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine. azerifrog.com  (az.)

Xarici keçidlər