"Azərifrog" — Qurbağa və qurbağa məhsullarının Azərbaycanda ilk ixracatçısı olan şirkət.
Şirkət "Azərifrog" MMC adı ilə 2015-ci ildə yaradılıb, 2016-cı ilin yayından fəaliyyətə başlayıb[1].
Şirkətin rəhbəri Fransada təhsil almış və xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlı olan Rauf Hüseynzadədir[2].
Azərbaycan Respublikasının Salyan rayonunun Şorsulu kəndində şirkətin qurbağa ferması yerləşir[1]. Bu fermaya yetişdirilmək üçün qidaya yararlı qurbağalar Braziliyadan gətirilmişdir[3].
Hal-hazırda fermada 100 nəfərdən artıq işçi çalışır[3].
Şirkət həm yerli, həm də xarici bazarı qurbağa əti ilə təmin edir; müqavilə əsasında Fransa, Çin və İspaniya şirkətləri ilə əməkdaşlıq edir[3].