Böyük əyridimdik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Böyük əyridimdik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Növ:
Böyük əyridimdik
Beynəlxalq elmi adı

Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(NT). Təhlükə həddinə yaxındır.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Qısa təsviri

Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.

Yayılması

Reproduktiv arealı AvropaAsiyanın meşə-bozqır zonasında yerləşib. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır. Azərbaycana qışlamaq üçün gəlir, payızda və yazda buradan ötüb keçən miqrant populyasiyası da var.

Yaşayış yeri və həyat tərzi

Rusiyada reproduktiv populyasiyası meşə-bozqır zonasının bataqlıq sahələrində məskunlaşıb nəsil verir. Azərbaycanda əsas qışlaq və miqrasiya yeri Xəzər dənizi sahilidir. Miqrant populyasiyası yazda mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Qalıb qışlayanlara tək-tək təsadüf edilir. Əsas yemi həşərat və başqa onurğasız heyvanlardır.

Sayı

XX əsrin ortalarına qədər miqrant populyasiyası çoxsaylı, Azərbaycanda qalıb qışlayanlar isə adi saylı olublar. Sonralar hər iki populyasiyası azalıb nadir olub.

Məhdudlaşdırıcı amillər

Azalmasının əsas səbəbi reproduktiv arealında antropogen və antropik təsirlər olub: ovçuların birbaşa təqib etməsi, xam torpaqların istifadəsi, səs-küyün çoxalması, otlaqlarda yuvaların dağıdılması və s. Azərbaycanda miqrant və qışlamağa gələn populyasiyasının ovlanması da olub.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda xüsusi mühafizə statusu yoxdur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Azərbaycanda ovlanma hallarının aradan qaldırılması və "Qırmızı Kitab"a daxil edilməsi məsləhətdir.

İstinadlar

Həmçinin bax