Bədrə qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bədrə qəzası
33°07′00″ şm. e. 45°57′00″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Bədrə qəzası xəritədə
Bədrə qəzası
Bədrə qəzası

Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.[1] Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir.

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir.[2][3]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة)[4], Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب).

Əhalisi

2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi.[3] Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır.[3] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi.

Etnik tərkibi

Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.[5]

İstinadlar

  1. ديوان محافظة واسط :عن واسط Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine
  2. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
  3. 1 2 3 Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  4. مركز قضاء بدرة
  5. Zaman Gazetesi Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine: Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine<—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat