Bərpaetmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax

Xarici keçidlər