Balinaovlayan gəmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Balina ovunu həyata keçirən gəmi iş başında
Sovet balina ov gəmisi. 1979 il

Balinaovlayan gəmi[1] — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədilə inşa edilən gəmi.

Xüsusiyyətləri

Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18–20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.

Həmçinin bax

Balina ovu

İstinadlar

  1. Balinaovlayan gəmi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 129. ISBN 978-9952-441-07-9.

Xarici keçidlər