Barat Yusubov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov
Doğum tarixi 8 yanvar 1978(1978-01-08) (46 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
İxtisası həkim-nefroloq[1]
Təhsili
Fəaliyyəti həkim-nefroloq
Elmi dərəcəsi 2002–h.h.
nefrologiya.az

Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.)[2][3]

1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.[4]

Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.

Həyatı

Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur.[5]

Təhsili

İş təcrübəsi

2002–2004-cü illərdə Azərbaycanda həqiqi hərbi xidmətdə tibbi məntəqə rəisi, 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Nefrologiya" şöbəsində, həkim-nefroloq, 2005–2019-cu illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsi, həkim-nefroloq işləyib.[5]

Paralel olaraq 2009–2012-ci illərdə "Avrasiya" klinikasında hekim-nefroloq, baş həkim, 2012–2015-ci illər "MediStyle Hospital"da həkim-nefroloq, baş həkim, 2015–2018-ci illər "Medikal Plaza" klinikasının baş məsləhətçisi olub. 2015-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin (ATU), Tədris Cərrahiyyə Klinikasında, həkim-nefroloq, 2017-ci ildən "HB Güvən" klinikasının baş məsləhətçisi, 2017–2019-cu illərdə "SonoMed" eşitmə mərkəzinin baş məsləhətçisi olub.[5]

Həmçinin 2018-ci ildən "EGE Hospital" Müşahidə Şurasının sədri, 2019-cu ildən Azərbaycan Tibb Universiteti, III Daxili Xəsətəliklər kafedrasının asistenti[5], ATU-nun Tədris Cərrahiyyə Klinikasının Dializ şöbəsinin müdiridir.[6]

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə 2023-cü ildə Yeni Klinikaya direktor təyin edilib.[7][8]

İctimai fəaliyyəti

2018-ci ildə "Azərbaycan Nefroloqlar Cəmiyyəti"ni təsis etmiş, 2020-ci ilə qədər sədri olub.[9] 2019-cu ildə Azərbaycan Nefroloqlar Cəmiyyətinin Avropa Nefroloji Dərnəyinin rəsmi üzvü statusunu qazanmaqla avtomatik olaraq həm də Avropa Nefroloji Dərnəyinin üzvü olub.[10]

2022-ci ildə "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"ni təsis edib və həmin ildən də sədridir.[5]

2023-cü ildə "Qədim Qala" Nəşriyyatı ilə Barat Yusubov arasında tibb sahəsində dünyaca məşhur əsərlərin ana dilimizə tərcüməsi ilə bağlı yeni layihə imzalanıb.[11] Layihə çərçivəsində ilk mərhələdə nəşr ediləcək Tinsli Rendolf Harrisonun "Harrisonun daxili xəstəliklər toplusu" (ing. Harrison's Principles of Internal Medicine) kitabı dünyanın ən etibarlı klinik tibbi vəsaitləri arasında ön sıralardadır[12] və indiyədək 16 dilə tərcümə edilib.[13]

Konfrans və simpoziumlar

  • 2014-cü il, 26–27 aprel tarixlərində, Türkiyənin Bolu şəhərində keçirilən "VI. Çapa nefroloji Günleri" konfransı
  • 2014-cü il 22–26 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən "31. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon" kongresi.
  • 2015-ci il 12 mart tarixində Dünya Böyrək Günü münasibətilə Bakı şəhərində keçirilən konfrans (Uremik şişli kalsinozis mövzusunda məruzə)
  • 2015-ci il 23–26 aprel tarixlərində Boluda keçirilən "Çapa Nefroloji Günleri" konqresi
  • 2015-ci il 25–31 may tarixlərində Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən "52nd European Renal Association — European Dialysis and Transplant Association Congress" konqresi
  • 2015-ci il 21–25 oktyabr tarixlərində Antaliyada keçirilən "52nd European Renal Association — European Dialysis and Transplant Association Congress"
  • 8–10.10.2015 II Türk Azərbaycan Nefroloji Kongresi (Xroniki böyrək xəstəliklərindən müalicə alan xəstələrdə damar yolu mövzusunda məruzə)
  • 01–03.06.2016 "Türk Dünyası Transplantasyon Derneği"nin "2'inci Uluslararası Kongresi", Bakı, izləyici kimi
  • 03–05.06.2016 Azərbaycan Uroloq və Androloqlarının X simpoziumu. Qəbələ. (BXX olanlarda preoperativ hazırlıq mövzusunda məruzə)
  • 19–23.10.2016 tarixlərində Antalyada keçirilən "33. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi"
  • 18–20.02.2017 tarixində Türkiyənin İstanbul şəhərində İstanbul Tibb Universitetində keçirilən "Oxumaq, Yazmaq və Öyrənmək" adlı konfrans
  • 2015-ci il 2–5 mart tarixlərində İstanbulda keçirilən "Çapa Nefroloji və Transplantasiyon Günleri" konqresi
  • 26–27.05.2017 tarixində Azərbaycan Uroloq və Androloqlarının simpoziumu. Mingəçevir (Sidik yolu infeksiyası mövzusundə məruzə)
  • 3–6.06.2017 tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 54-cü ERA EDTA Kongresi
  • 18–22.10.2017 tarixlərində Antalyada keçirilən "34. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi
  • 1–4.03.2018 tarixlərində İstanbulda keçirilən "10-cu Çapa Nefroloji və Transplantasiyon Günləri kongresi
  • 24.04.2018-ci ildə "Azərbaycan Nefroloqlar Cəmiyyəti ictimai birliyini təsis etmiş və ilk sədri seçilmişdir.
  • 03–07.10.2018 tarixlərində Antalyada keçirilən "35. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi
  • 12.01.2019 tarixində Fairmont Baku hotelində keçirilən "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin I Nefroloji və Transplantoloji kongresinin sədri və məruzəçi
  • 28.02–03.03.2019 tarixlərində İstanbulda keçirilən "11-ci Çapa Nefroloji və Transplantasiyon Günleri" konqresi
  • 02.2020 tarixində Feyrmont hotelində keçirilən "Nefroloqlar Cəmiyyəti"nin II Nefroloji və Transplantoloji konqresinin sədri və məruzəçi
  • 03.2020 tarixlərində İstanbulda keçirilən "12-ci Çapa Nefroloji və Transplantasiyon Günləri, Arterial, hipertenziya" iclasının sədri
  • 19–20.12.2020 tarixində ATU-nun 90 illiyinə həsr olunmuş elmi konfransda "Atreial hipertenziyada son klinik protokallar" mövzusunda məruzə
  • 06–07-08.10.2021 Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfransın nefroloji iclasının rəhbəri və "Kardiorenal sindrom" mövzusunda məruzə
  • 14-15-16-17.10.2021 tarixlərində Şimali Kipr Türk Respublikasında keçirilən "38. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi"
  • 3–6 mart 2022 tarixlərində "14-cü Çapa Nefroloji və Transplantasiyon Günleri", iştrakçı
  • 10 mart 2022-də M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası PHŞ-də keçirilən Ümumdünya Böyrək Gününə həsr edilmiş "Nefrologiyanın Aktual Problemləri" adlı elmi kofransda — panel rəhbəri[14]
  • 2–5 iyun 2022 III Milli Nefroloji, Dializ və Transplantoloji konqresi. Konqrenin vitse-prezdenti və "Kardiorenal sindrom-problem ürəkdirmi, böyrəkdirmi" mövzusunda məruzə
  • 05.11.2022 Akad. C. M. Abdullayev ad. ET Kardiologiya İnstitutunun "Zəfərin Mübarək" adlı elmi konfransda UpToDate; Kardiorenal Sindrom mövzusunda məruzə
  • 9–13 noyabr 2022 tarixlərində Antalyada keçirilən "39. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi", iştirakçı
  • 26 noyabr 2022-ci ildə II Beynəlxalq Laboratoriya Təbabəti Konfransında "Nefrolojidə laborator testlər" mövzusunda məruzə, Bakı, Hyatt Regency
  • 23.12.2022 Nefrologiyada müasir çağırışlara yeni baxış " İnkişaf edən pandemiya: Diabetik nefropatiya" mövzusu ilə məruzə və moderator. Holidey Inn hotel, Bakı
  • 26–27.05.2023 15-ci ÇAPA Nefroloji və Transplantoloji günləri. İstanbul Universiteti. Prof. Dr. Fuat Sezgin Kongre və Kültür mərkəzi. "Hemodializdə cardiopulmonary arrest səbəbləri və önlenmesi" mövzusunda məruzə
  • 01–04.06.2023 7-ci Hipertansiyon, Nefroloji, Diyaliz və Transplantasyon kongresi, Girnə, ŞKTR. "Paratiroidektomi: gecmi kalıyoruz?" mövzusunda məruzə I Sözlü bildiri panelində moderator
  • 06.06.2023 Reanimasiya, ağrının menecmenti və təcili yardım üzrə I beynəlxalq konfransda "Kəskin böyrək zədələnməsi" mövzusunda məruzə

Elmi məqalələri

  1. Uremik toksinlər. "Cərrahiyyə" jurnalı, № 2(34), 2013, səh. 80–83
  2. Uremik şişli kalsinoz. "Cərrahiyyə" jurnalı, № 3, 2014. səh. 63–65
  3. Əvəzedici proqram hemodializ müalicəsi qəbul edən şəkərli diabet xəstələrində arterial hipertenziya və onun tənzimlənməsi. "Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri" jurnalı, Bakı, 2007, № 1, səh. 75–77.
  4. Kardiorenal sindrom anlayışı; patafiziologiyası, təsnifatı və diaqnostikasıə. "Cərrahiyyə" jurnalı, № 1, 2021. səh. 61–63

Həmçinin bax

İstinadlar

  1. Böyrəyində daş olanlar necə qidalanmalıdır? - Nefroloq Barat Yusubov açıqladı
  2. ""Yeni Klinika"ya direktor təyin edildi". BAKU.WS - Azərbaycanın xəbər saytı (rus). 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  3. "Bu Klinikaya yeni direktor TƏYİN EDİLDİ (FOTO)". Trend.Az (az.). 2023-07-14. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  4. modern.az. "Yeni Klinikaya direktor təyin olundu". modern.az (az.). 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  5. 1 2 3 4 5 6 7 8 "Yeni vəzifə verilən Barat Yusubov kimdir? - DOSYE". Pravda.az. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  6. info@aztibb.az, aztibb az. "ATU-nun Tədris Cərrahiyyə Klinikasının Dializ şöbəsinin müdiri Barat Yusubov:". aztibb.az (az.). İstifadə tarixi: 2023-10-08.
  7. "Barat Yusubov kollektivə təqdim olundu". Axar.Az (az.). 2023-07-18. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  8. "Yeni Klinikaya direktor təyin edilib". Apa.az (az.). İstifadə tarixi: 2023-10-08.
  9. "STRUKTUR". Azərbaycan Nefroloqlar Cəmiyyəti (az.). 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  10. "Azərbaycanlı həkimlər Avropa Nefroloji Dərnəyinə üzv qəbul olundu » Azərbaycan İnformasiya Agentliyi". Azərbaycan İnformasiya Agentliyi. İstifadə tarixi: 2023-10-08.
  11. "Tibb sahəsində dünyaca məşhur əsərlər Azərbaycan dilinə tərcümə ediləcək". Azərtac.
  12. "Maraqlı təşəbbüs: Dünya tibbindən maraqlı kitablar Bakıda nəşr olunacaq | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). İstifadə tarixi: 2023-10-08.
  13. moderator.az. "Azərbaycan tibbində ilk- Məşhur kitablar ana dilimizdə-FOTO". moderator.az (az.). 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  14. Proqram

Mənbə

Xarici keçidlər