Barmaq meymunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Barmaq meymunu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Barmaq meymunu
Beynəlxalq elmi adı

Barmaq meymunu və ya Cırtdan oynağan (lat. Cebuella pygmaea) — primatlar dəstəsinə, oynağanlar fəsiləsinə (Callitrichidae) daxil olan növ. Primatlar dəstəsinin ən kiçik nümayəndəsidir.

Xarici görünüş

Barmaq meymunu ölçülərinə görə cırtdan sıçan lemuru ilə rəqabətdədir. Onların uzunluğu 11–15 sm arasında dəyişir. Quyruqlarının uzunluğu isə 17–22 sm-dir. Bu canlıların çəkisi 100–150 q arasıdır. Onların xəzləri sıx və uzun olur. Üzəri qızılı-boz rəngə çalır. Alt hissəsi ağ və ya narınçıdır. Boyun və baş nahiyyəsi ətrafında olan tüklər yalı xatırladır.

Yayılması

Bu canlılar Amazonka çayı hövzəsində yayılmışlar. Onlara KolumbiyaEkvadorun cənubu, PeruBoliviyanın şimalı, Braziliyanın qərbində rastlamaq mümkündür. Onlar əsasən çay kənarı sıx meşələrdə yayılırlar. Ömürlərinin böyük qismini ağaclarda keçirsələr də, yerə belə enirlər.

Xüsusiyyətləri

Barmaq meymunları əsasən səhər və günün ikinci yarısında aktiv olurlar. Ağaclarda yaşayır və qidalanırlar. Dörd ayaq üzrətdə gəzsələrdə dikinə dura bilirlər. 1 metr məsafəyə tullanırlar. Bu canlılar bir necə nəsili özündə birləşdirən qohum qruplarda yaşayırlar. Xəzlərinə xüsusi qulluq edirlər. Öz ərazilərini işarələyirlər. Yad qrupdan olanlar dərhal ərazidən qovulur. Bəzən məsələ döyüçlər səviyyəsinə çata bilir.

Qidalanması

Barmaq meymunu

onlar əsasən ağac şirələri ilə qidalanırlar. Ağacların qabığında dişləri ilə dəliklər açaraq şirə əldə edirlər. Bəzənsə həşəratlar, hörümçəkkimilər və ya meyvələrlə qidalanırlar.

Çoxalması

Mənbələrə əsasən onlar arasında monoqam həyat tərzi üstünlük təşkil edir. Ancaq bəzi alimlər bunun tam əksini iddia edirlər. Boğazlıq dövrü 150 gün davam edir. Adətən dişi 2 bala doğur. Balaların atası və digər erkəklər dişinin balalarını südlə bəsləməsi üçün bellərində ana barmaq meymununa yemək gətirirlər. Artıq 2 yaşında cinsi yetkinliyə qədəm qoyurlar. Ən uzun ömürlü canlının yaşı 11 il olmuşdur.

Təhlükələr

Onlara tez-tez rast gəlindiyindən nəslinin kəsilmə təhlükəsi yoxdur. Onlar yaşadığı məkana bağlı canlılar sayılmırlar.

Ədəbiyyat

  • Thomas Geissmann: Vergleichende Primatologie, Springer-Verlag 2002, ISBN 3-540-43645-6
  • Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999 ISBN 0-8018-5789-9

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2000.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər