Yal[1] — məməlilərn bel və boyun nahiyyəsində bitən uzun və sıx tüklər nəzərdə tutulur. Bəzən canlılar arasında erkək və dişi fərdlərin əsas fərqləndiricisi rolunu oynayır. Ancaq yetkinlik dövrünü yaşamayan fərdlərdə bu hələ formalaşmır. Bəzi heyvanlarda yal bütün onurğa boyunca uzanır.