Bataysk-2007 FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bataysk-2007 FK
Ölkə
Yaranma tarixi 2010 (14 il əvvəl) (2010)
Bağlama tarixi 2010
Liqa PFL ikinci divizionu (Rusiya)

«Bataysk-2007» — Bataysk şəhərində fəaliyyət göstərən futbol klubu. 29 iyul 2010-cu ildə İkinci divizionun «Cənub» zonasında fəaliyyətini dayandırmışdır. 2014-cü ildən Rostov vilayətinin çempionatında iştiraka başlamışdır.

Tarixi

«Bataysk-2007 FK» 1998-ci ildə təşkil edilmişdir. 2007-ci ilə qədər «Bataysk» FK adlanırdı.

Rostov vilayəti çempionatı (1998—2005), Rusiya həvəskarlar liqası 2006 (HFL), ikinci divizyonu (2007—2010) iştirakçısı olmuşdur.

Rusiya Həvaskarlar Liqasında (2006) «Bataysk» klubu final görüşündə «Sokol» klubuna 2:1 hesabı ilə qalib gəlmişdir. Turnirdə «Bataysk» klubu peşəkar statusu alır. Bundan sonra klub adını «Bataysk-2007» olaraq dəyişir. 2007-ci ildən Futbol üzrə Rusiya ikinci divizyonunda iştirak edir. 2007-ci bu yarışda klub üçüncü, 2008-ci ildə ev oyunlarının heç birində məğlub olmayaraq ikinci yeri tutmuşdur.

29 iyul 2010 ildə maliyyə çatışmamazlığı səbəbindən İkinci divizionun «Cənub» zonasında fəaliyyətini dayandırmalı olmuşdur[1]. Bu dönəm «Bataysk-2007» çempionatda 15 yeri (17 komanda arasında) tutmişdu. 16 oyuna 15 xal (+4-9=3, 19-23).

Klubun rəngi

Yaşıl

Nəticələri

  • Rostov vilayəti çempionu (2001, 2003, 2005), Rostov vilayəti çempionatının ikincisi (2002, 2004).
  • Molot qəzeti kuboku sahibi (2001, 2002, 2003, 2005).
  • Rostov vilayətinin Qələbə kuboku sahibi (2003, 2004, 2005).
  • Rostov vilayətinin Federasiya Kuboku sahibi (2003).
  • P. Şerbatenko xatirəsi Kuboku sahibi (2005, 2007, 2009), finalçı (2003, 2008).
  • V. Qetmanov xatirəsi Kuboku sahibi (2005), finalçı (2004, 2006).
  • Rusiyanın cənub zonasının qalibi (2003).
  • Ruusiya HFL qalibi (2006).
  • Rusiya həvəskar komandalarının yarışı (2006).
  • İkinci divizion, «Cənub» zona turnirinin ikincisi (2008).
  • İkinci divizion, «Cənub» zona turnirinin üçüncüsü (2007).

Klubun fərqlənən oyunçuları

Klub tarixində ən çox oyun keçirən oyunçu (2 divizion):

  • Dmitri Mezikov — 90
  • İvan Qrinyuk — 81

Klub tarixində ən çox qol vuran oyunçu (2 divizion):

  • Dmitri Mezikov — 40
  • İvan Qrinyuk — 36

Çıxış statistikası

Rusiya çempionatı

Mövsüm Liqa Yer İstifadəsi
2006 HFL Rusiya «Cənub» zona 1 İkinci diviziona çıxış əldə etmişdir.
2007 İkinci divizion, «Cənub» zona 3
2008 İkinci divizion, «Cənub» zona 2
2009 İkinci divizion, «Cənub» zona 8
2010 İkinci divizion, «Cənub» zona 17 Yarışdan maddi çatışmazlıq səbəbindən fəaliyyətini dayandırmış.

Rusiya kuboku

Mövsüm Mərhələ
2007/08 1/64
2008/09 1/128
2009/10 1/64
2010/11 1/128

Mənbə

İstinadlar

  1. "ФК «Батайск-2007» снялся с первенства России" (rus). Cоветский Спорт. 29 июля 2010. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.