Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bataysk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Şəhər | |||||
Bataysk | |||||
---|---|---|---|---|---|
Батайск | |||||
|
|||||
47°08′ şm. e. 39°45′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1769 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 5 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 86354 | ||||
Poçt indeksi | 346880–346884 | ||||
Digər | |||||
батайск-официальный.рф | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rostovdan cənuba doğru, ondan 11 km. məsafədə yerləşir. Indi Rostov-Donun vilayət şəhəri və iri dəmiryol qovşağı olan bu şəhərin adı Qızıl Orda imperiyası dövrü ilə səsləşir. Burada Batı xanın (öld.1255) qərargahı yerləşdiyindən məntəqə də Batı (yerli tələffüzdə Bata) adlanmışdır. Həm də onu nəzərə almaq lazımdır ki, 1743-cü ildə tərtib olunmuş məxfi hərbi xəritədə Rusiya ilə Osmanlı dövləti arasında Azov ətrafı yerlərin sərhədləri qeyd olunarkən müasir Bataysk şəhərinin yerindəki məntəqə Batı Çeqrak "Batı Suyu" (quyu, su mənbəyi) deyə qeyd olunmuşdur.1. (Qeyd : xəritədə adlar həm rusca həm də türkcə yazılmışdır) Bu suat (suüstü yer) noqay və tatarların köçəri güzəranında çox istifadə etdikləri mühüm bir düşərgə idi. XVIII əsrin ortalarında Temerik çayı ağzında payız yarmarkası təşkil olunurdu. Yarmarka gur və izdihamlı keçirdi; onu qorumaq üçün xüsusi kazak bölükləri qarovula cəlb edilirdi. Kuban, Sal çöllərindən noqaylar bura mal-qara sürüb gətirirdilər. Onlar Batı Sudan keçib gəlirdilər. Batı (Batay) torpaqlarına rusların gəlmə tarixi Pyotrun Azov səfərilə başlayır. 1695–1696-cı illərdən rusların bura ayağı açılır. Təbii ki, ilk rus sakinləri burada hərbi xidmət aparan hərbçilər idi. Lakin Pyotrun Azov səfərindən sonra Azov və Azov ətrafı yerlər rus dövlətinin tərkibinə daxil edilsə də, Prut sülhündən sonra (1711) məğlub olmuş ruslar burada görünmürdü. Çox keçmir ki, 1735-ci ildə Rusiya və Türkiyə arasında yeni müharibə başladıqdan sonra 39-cu ildə Belqrad sülh müqaviləsinə görə Batay kəndi əraziləri Rusiyaya keçir. Hələlik isə Azovun qərb sahilləri Rusiya tərkibinə daxil edilməmiş qalırdı. 1768–74-cü illərin Rus-Türk müharibəsi gedirdi. Elə müharibənin gedişindəcə bu ərazilərin ruslarla məskunlaşdırılmasına başlanıldı. Belə ki, Rostov dövlət arxivində saxlanan bir sənəddən də aydın olur ki, 1769-cu ildə bu yerlərdə, yəni Batı Su və Göy Suq kəndləri ərazilərində yalniz noqay tatarları yaşayırdılar (Qeyd : indi Göy Suq kəndi Bataysk şəhərinin qərb hissəsinə daxildir.) 1769-cu ilin baharında rusların Azovu və Taqanroqu tutmasıyla Zaporojye və Maloross burlakları (gəzərgi işçilər) dərhal bu yerlərə axışdılar. 1773-cü ildə artıq bir neçə yüz ailə burada rahatca məskunlaşmışdılar. Hərbi dəstələr Eyskə (Ey çayı üzərində qəsəbə) və Kubana gedən yolları nəzarətə aldılar. 1779-cu il 14 dekabr tarixli Dövlət fərmanı ilə müasir Batayska, Naxçıvana (Don üzərindəki) və Rostova ermənilər köçürüldü.2. Batı şəhərinin əhalisi yeni köçürülənlər hesabına durmadan artırdı. XVIII əsrin axırlarına aid Dövlət sənədlərində kəndin təsviri belə verilmişdi: Bataysk kəndi Göysuq çayının üstündə və Rostovdan Azova gedən böyük yolun hər iki üzündə yerləşir. Hələ Qafqazda dəmir yolu olmadığı vaxt Bataysk əhalisi arabaçılıqla məşğul idilər. Arabaçıya çumak (çumak türk sözüdür yəni çomaq, çomaqçı) deyirdilər. Bu arabaçı-çumakların işi Qafqazda aramsız gedən müharibələrə görə sürətlə gedirdi. Onların boynuna həm də Qafqaz Korpusunun ərzaq və silahla təchizatı işi düşürdü. Bu üzdən XIX əsrin ortalarına doğru Bataysk sürətlə inkişaf edən şəhərə çevrilməkdə idi. Bu mənada öz əhalisinin sayına görə o Rusiyanın bir çox şəhərlərini geridə qoymuşdur. XX əsrin əvvəllərində artıq Batayskda 4 kilsə, bir yəhudi ibadətxanası, 4 məktəb var idi.3.
Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |