Bataysk Aviabazası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bataysk aviabazası
Xəritə

47°06′55″ şm. e. 39°47′48″ ş. u.


IATA: yoxdurICAO:
Məlumat
Hava limanı tipi Hərbi
Ölkə Rusiya Rusiya

BatayskRostov vilayəti ərazisində eyni adlı şəhərin cənub-şərqində, Rostov-na-Donu şəhərindən 12 km aralıda yerləşən hərbi aerodrom.

1940-cı illərdə aerodromda hərbi təyyarəçilik uçilişi yerləşirdi.

1950-ci illərdə aerodromda Yeysk hərbi təyyarəçilik uçilişi qərarlaşırdı. Bura əsasən I–II kursdan olan kursantlar öz peşələrinə yiyələnirdilər. 1960-cı illərdə aviabazada L-29 təyyarələr cəmləşdirilmişdi. 1980-ci illərdə isə L-29 təyyarələri L-39 təyyarələrilə əvəzlənmişdir.

1993-cü ildə arerodrom yerləşməsi səbəbindən uçilişin tərkibindən çıxarılır. Burada 801 saylı tədris aviasiya polku yaradılır. Burada müxtəlif msrkalı hərbi təyyarələr yerləşdirilmidi.

2015-ci ilin mayına qədər aerodrom tərk edilmişdi. Yerli əhali uçuş-eniş zolağından avtomobil yarışları məqsədilə istifadə edirdilər. Uçuş-eniş zolağı tam betonlaşdırılmışdı.

2015-ci ilin mayı Rusiyanın baş naziri Dmitri Medvedev aerodromunun ərazisini Rostexə verilməsi haqqında göstəriş verir[1]. Ərazi Rostvetol şirkətinin sınaq məntəqəsi rolunu oynamalı idi.

2008–2011-ci illərdə Rostov-na-Donu aeroportunun beynəlxalq reyslərini qəbul edə biləcəyi hava limanlarından biri olması barədə söhbətlər gedirdi[2]. İlk əvvəllər Rostov vilayəti rəhbərliyi ərazini əlverşli hesab edirdi. Bundan əvvəl isə aerodrom Rusiya Müdafiə Nazirliyindən alınmışdı[3]. Ancaq sonrada müəyyən çatışmazlıqlar aşkarlanır. Bununlada Qruşevskidəki ərazilər aeroportun tikintisi üçün ən əlverişli ərazi olması qərara alınır[4]. Vilayət və rayon rəhbərliyi gələcəkdə aerodromun yük daşımasında və ya iş aviasiyasında istifadə efilə biləcəyini düşünüür.

Mənbə

İstinadlar

  1. "Ростеху передан аэродром Минобороны в Батайске". 2017-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
  2. "Батайск: затянуть транспортный узел". 2010-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
  3. "Аэропорт «Южный» опустили на землю". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
  4. "Грушевская окончательно выбрана под "Южный хаб"". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.