Belarus Dövlət Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Belarus Dövlət Universiteti
БГУ, БДУ
Xəritə
53°53′38″ şm. e. 27°32′48″ ş. u.
Əsası qoyulub 30 oktyabr 1921
Tip dövlət universiteti
Rektor Andrey Kral
Tələbə sayı 38 972
Müəllim sayı 8 800
Şəhər Minsk
Ölkə
Ünvan Belarus, Minsk şəhəri
Sayt bsu.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belarus Dövlət Universiteti (belar. Белару́скі дзяржа́ўны ўніверсітэ́т) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir[1].

Tarixi

Universitetin əsası 30 oktyabr 1921-ci ildə qoyulmuşdur.

1920-1930-cu illər

1921–1934-cü illərdə Belarus Dövlət Universitetində oxumuş tələbələrin sayı aşağıdakı cədvəldə göstərilmişdir[2]:

Tədris ili 1921/22 1922/23 1923/24 1924/25 1925/26 1926/27 1927/28 1928/29 1929/30 1930/31 1931/32 1932/33 1933/34
Tələbə sayı 1126 2092 2328 2298 2530 2550 2672 2552 2332 1579 437 528 635

Mövcud vəziyyəti

Belarus Dövlət Universiteti ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə fərqlənir[3]. Zəngin ənənələri olan universitetin 17 fakültəsində tələbələr üçün geniş təhsil imkanları yaradılmışdır[3].

Tələbə şəhərciyi

Belarus Dövlət Universitetinin Minskdəki tələbə şəhərciyi

Tələbə şəhərciyi Belarus Dövlət Universitetinin qeyri-rezident tələbələr, magistrant, aspirant və universitet əməkdaşları üçün mənzillə təmin edilməsi üçün yaradılmışdır. Strukturuna 10 yataqxana daxildir.[4]. Həmin yataqxanalar bunlardır.:

  • 1 nömrəli yataqxana - Sverdlova küçəsi, 34 ünvanında yerləşir[5];
  • 2 nömrəli yataqxana - Oktyabrskaya küçəsi, 2 ünvanında yerləşir[6];
  • 3 nömrəli yataqxana - Kurçatova küçəsi, 6 ünvanında yerləşir[7];
  • 4 nömrəli yataqxana - Çyurlenisa küçəsi, 7 ünvanında yerləşir[8];
  • 5 nömrəli yataqxana - Oktyabrskaya küçəsi, 4 ünvanında yerləşir;
  • 6 nömrəli yataqxana - Oktyabrskaya küçəsi, 10 ünvanında yerləşir;
  • 7 nömrəli yataqxana - Oktyabrskaya küçəsi, 10/2 ünvanında yerləşir;
  • 8 nömrəli yataqxana - Kropotkina küçəsi, 51 ünvanında yerləşir (Universitetin əməkdaşları üçün);
  • 10 nömrəli yataqxana - Kurçatova küçəsi, 8 ünvanında yerləşir;
  • 11 nömrəli yataqxana - Djerzinski prospekti, 87 ünvanında yerləşir.

Tanınmış məzunları

Rəhbərlik

Universitetin rektoru Andrey Kraldur[9]. Prorektorların sayı isə 6 nəfərdir ki, onlardan biri birinci prorektordur.

Həmçinin bax

İstinadlar

  1. "Вузы Министерства образования Республики Беларусь". 2014-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  2. З хронікі Беларускага дзяржаўнага універсітэта // Памяць: гісторыка-дакументальная хроніка Мінска. — Кн. 3. — Мн.: БЕЛТА, 2004. — С. 152—161.
  3. 1 2 Belarus Respublikasının təhsil sistemi Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine. muallim.edu.az, 08.03.2012  (az.)
  4. "Студенческий городок БГУ". 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  5. "Студгородок БГУ | Общежитие №1". 2016-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  6. "Студгородок БГУ | Общежитие №2". 2016-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  7. "Студгородок БГУ | Общежитие №3". 2016-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  8. "Студгородок БГУ | Общежитие №4". 2016-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  9. "В БГУ новый ректор – Андрей Король". interfax.by. 2017-09-28. 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.

Xarici keçidlər

  • bsu.by — Belarus Dövlət Universitetinin rəsmi saytı